Icma.az
close
up
RU
Estetik əməliyyatlar insan fikrini formalaşdırır PSİXOLOQ İZAH ETDİ

Estetik əməliyyatlar insan fikrini formalaşdırır PSİXOLOQ İZAH ETDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İnsanın öz bədənini bəyənməməsi, digər insanların bədən quruluşu ilə müqayisə etməsi və buna görə müəyyən standartların formalaşması psixologiyada fərqli şəkildə izah olunur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, əslində, hər bir insanın öz boyuna, çəkisinə və genetik xüsusiyyətlərinə uyğun fərdi bədən quruluşu var: "Lakin təəssüf ki, cəmiyyətin müəyyən “standart” bədən modellərinə öyrəşməsi insanları öz bədənlərini həmin modellərlə müqayisə etməyə vadar edir. Bu isə çox zaman insanlarda narazılıq, özünəinamın azalması və mənfi emosional vəziyyət yaradır.

Son illər estetik əməliyyatların, müxtəlif korreksiya üsullarının və kosmetik prosedurların daha əlçatan olması da bu məsələyə ciddi təsir göstərir. İnsanlar düşünür ki, əgər dəyişiklik mümkündürsə, niyə də arzularındakı bədənə sahib olmasınlar? Sosial mediada yayılan “ideal” görünüşlər, filtrlərlə yaradılmış süni gözəllik anlayışları da bu fikri daha da möhkəmləndirir. Nəticədə insanlar real görünüşlə virtual “ideal” arasında qalır, bu da daxili ziddiyyət və narazılıq doğurur.

Ən maraqlısı budur ki, bəzi insanlar cəmiyyətin “ideal” hesab etdiyi bədən quruluşuna malik olsalar belə, özlərini bəyənmirlər və daima nəyisə dəyişmək ehtiyacı hiss edirlər. Bu, artıq psixoloji bir problemdir – insanın öz bədənini və varlığını qəbul edə bilməməsi, özünə güvənin aşağı olması, natamamlıq kompleksi və hətta bədən dismorfiyası kimi hallarla əlaqələndirilir. Belə vəziyyətlərdə insan nə qədər dəyişiklik etsə də, daxildəki narazılıq hissi aradan qalxmır. Bu səbəbdən də belə halların psixoloji cəhətdən dərin təhlili vacibdir. İnsan özünü olduğu kimi qəbul etməyi, bədənini sevməyi və onun mükəmməl olmadığını, lakin unikal olduğunu dərk etməlidir. Nəticə etibarilə, insanın bədənini sevməsi təkcə xarici görünüşlə bağlı məsələ deyil, həm də özünü olduğu kimi qəbul etməyin, daxili rahatlıq və psixoloji sağlamlığın göstəricisidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri