Icma.az
close
up
RU
“Valideyn münasibəti uşağın psixologiyasını formalaşdırır” PSİXOLOQ İZAH ETDİ

“Valideyn münasibəti uşağın psixologiyasını formalaşdırır” PSİXOLOQ İZAH ETDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycanda bir çox ailələr belə düşünür ki, əgər uşağın qarnı toxdursa, geyimi təmizdirsə, bu, onun üçün kifayət qədər yaxşı uşaq həyatı deməkdir". Bu sözləri SİA-ya açıqlamasında psixoterapevt Aynur İsmayılova deyib.

Onun fikirlərinə görə, uşaq üçün yalnız fiziki rahatlıq – yəni yemək, təmizlik və maddi təminat onun xoşbəxt və sağlam böyüməsi üçün yetərli deyil: "Oyuncaqların çoxluğu və ya müasir şəraitdə yaşamaq da uşağın emosional ehtiyaclarını tam qarşılamır.

Əslində, uşağın psixoloji və emosional inkişafı üçün ən vacib amillərdən biri valideynlərin ona göstərdiyi münasibətdir. Ana və atanın uşaqla göz təması qurması, onunla səmimi vaxt keçirməsi, diqqət ayırması, həmçinin ana və atanın bir-birinə qarşı olan hörmətli və sağlam münasibəti uşağın psixikasında dərin izlər buraxır. Uşaq ailədə gördüyünü öyrənir, davranış modellərini, özünü ifadə etmə tərzini, hətta özünə inamını bu münasibətlər üzərindən formalaşdırır.

Uşaqlar gələcəkdə cəmiyyətə, dostlarına, məktəbə və ümumilikdə sosial çevrəyə münasibətini məhz ailədə aldığı ilk təcrübələrə əsaslanaraq qururlar. Onun özünə güvəni, öz yerini tapmaq bacarığı, başqaları ilə sağlam ünsiyyət qurması birbaşa ailədəki münasibətlərin məhsuludur. Əgər uşaq valideynindən müsbət nümunə alırsa, bu, onun gələcəkdə psixoloji cəhətdən sağlam və balanslı bir şəxsiyyət kimi formalaşmasına şərait yaradır". Eyni zamanda psixoloq bildirib ki, unutmaq olmaz ki, uşaqların nə geyindiyi, nə yediyi zamanla unudula bilər, amma valideynin ona göstərdiyi münasibət, sevgi, diqqət, dəstək – bunlar uşağın yaddaşında daim qalır və onun gələcək həyatına istiqamət verir.

Bu səbəbdən valideynlər bir mənalı şəkildə övladlarına qarşı münasibətlərinə hər zaman nəzarət etməli, onlarla mütəmadi göz təması qurmalı, fiziki və emosional ünsiyyət saxlamalıdırlar. Eyni zamanda, valideynlər uşaq üçün sağlam avtoritet – yəni həm sevgi dolu, həm də prinsipial və nüfuzlu bir model olmalıdırlar. Sağlam psixologiyaya sahib valideynin davranışı uşağa güvən verir və nəticədə cəmiyyət üçün faydalı, özünə inanan, məsuliyyətli bir şəxsiyyət yetişir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri