Estoniya Baltikyanı infrastrukturu təhdid edən gəmilərə qarşı tədbir görəcək
Icma.az, Ayna saytına istinadən bildirir.
"Gəmilərin kritik infrastrukturu məhv edəcəyi ilə bağlı təhlükə yaranarsa, biz müdaxilə etməyə məcbur olacağıq"
Estoniya Hərbi Dəniz Qüvvələri Baltik dənizinin infrastrukturuna təhlükə yaradan gəmilərə qarşı bütün lazımi tədbirləri görəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri komandanının müavini Yohan-Elias Seljamaa deyib.
"Gəmilərin kritik infrastrukturu məhv edəcəyi ilə bağlı təhlükə yaranarsa, biz müdaxilə etməyə məcbur olacağıq", - deyə bildirib.
Seljamaa əlavə edib ki, hadisə “beynəlxalq sularda” qeydə alınsa belə, Estoniya müdaxilə edəcək.
Bundan əvvəl ERR məlumat vermişdi ki, Estoniya Parlament komitəsi qanunvericiliyə hərbçilərə dəniz eksklüziv iqtisadi zonasında təhdidlərə güclə cavab verməyə imkan verən düzəlişləri dəstəkləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















