“Baltikyanı ölkələr müdafiə xərclərini ÜDM in 5 % nə qədər artıracaq” Estoniya MN
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Latviya, Litva və Estoniyanın müdafiə nazirləri Estoniyanın Amari aviabazasında keçirilmiş görüşdə ölkələrinin hərbi xərclərini ÜDM-in 5 %-nə qədər artırmaq barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bunu Estoniya müdafiə naziri Hanno Pevkur deyib.
"NATO-nun Haaqa sammiti ərəfəsində latviyalı və litvalı həmkarlarımızla bugünkü görüşün ən mühüm mövzusu, təbii ki, müdafiə xərcləridir. Estoniyanın 2026-2029-cu illər ərzində müdafiəyə illik töhfəsi təxminən 5,4 % olacaq. Latviya və Litva ilə birlikdə NATO-nun bütün müdafiə xərclərinin artırılmasına inanırıq. ÜDM-in 5 %-i müdafiə xərclərini artırmaqla yanaşı, ölkələrimizin müdafiə qabiliyyətini təmin etmək üçün Avropa İttifaq və üzv dövlətlər səviyyəsində, məsələn, Avropa İttifaqının Ümumi Kredit Mexanizmi vasitəsilə müdafiə sənayesinə sərmayələrə xüsusi önəm veririk”, – "Postimees" Pevkurun sözlərindən sitat gətirib.
NATO-nun Baş katibi Mark Rütte müdafiə xərclərinin ÜDM-in 5 %-ə qədər artırılmasını təklif edir. Ehtimal olunur ki, 3,5 faiz birbaşa hərbi xərclərə, qalan 1,5 faiz isə müharibə dövründə istifadə oluna biləcək infrastruktur obyektlərinin tikintisinə yönəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 May 2025 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















