Estoniya millisinin kapitanı Azərbaycanla oyun haqda: İkinci hissə dəhşətli keçdi
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Estoniya millisinin kapitanı Karol Mets Millətlər Liqasının C1 qrupunun 5-ci turunun Azərbaycan yığması ilə Qəbələdə keçirdiyi heç-heçəni (0:0) şərh edib.
Sportal.az xəbər verir ki, "soccer.net"ə danışan təcrübəli futbolçu məqsədlərinə çatdıqlarını bildirib:
"Azərbaycana qarşı oyun çətin oldu. İlk hissədə kifayət qədər yaxşı oynadıq, amma ikinci hissədə bütün gözləntilərdən aşağı çıxış etdik. Hətta deyərdim ki, ikinci hissə dəhşətli keçdi. Amma nəticə üçün oynadıq və bu baxımdan hər şey yaxşıdır. Qrupumuzu və vəziyyətimizi nəzərə alaraq hədəfimiz olan C divizionunda qalacağıq. Ancaq ikinci yarıdakı göstərdiyimiz oyun heç bir tənqidə tab gətirmir. Düşünürəm ki, biz topu tez itirirdik. Qaçılmaz təzyiq artdı və rəqib özünə inam qazandı. Azərbaycanın ikinci hissədə müdafiəyə ehtiyacı yox idi. Topla daha yaxşı davranmağı bacarmalıyıq ki, oyun yalnız bizim qapımız tərəfdə getməsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Noyabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















