Estoniya millisinin kapitanı: Azərbaycanla matç C divizionunda qalmaq üçün böyük addım ola bilər
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Estoniya milli komandasının kapitanı Karol Mets Millətlər Liqasının C1 qrupunun V turunun Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az “Soccernet”ə istinadən xəbər verir ki, Estoniyanın aparıcı üzvü millimiz haqda bunları deyib:
“Biz Millətlər Liqasında mövsümü layiqli başa vurmaq istəyirik və bu səbəbdən Slovakiya ilə matç da çox vacibdir. Üstəlik, son vaxtlar daha güclü komandalara qarşı yaxşı nəticə əldə etmirik. Bununla belə, əsas diqqət əlbəttə ki, Azərbaycanla oyuna yönələcək. Düzünü desək, bu, əsas görüş olacaq. Bu oyun C divizionunda qalmaq üçün böyük bir addım ola bilər”.
Azərbaycan - Estoniya oyunu noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə saat 18:00-da start veriləcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















