Icma.az
close
up
RU
Estoniya nəşri Əliyevin ABŞ səfərinin yekunlarından yazdı

Estoniya nəşri Əliyevin ABŞ səfərinin yekunlarından yazdı

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Estoniyanın "Business-M" biznes və informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfərinin yekunlarına həsr olunmuş "Azərbaycan və ABŞ: Strateji tərəfdaşlığın yeni mərhələsi" sərlövhəli məqalə dərc olunub.

Bakupost.az AZƏRTAC-a istinadən xəbər verir ki, məşhur onlayn nəşrin materialında Prezident Donald Tramp ilə səfər çərçivəsində keçirilmiş görüşlər, "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Anlaşma Memorandumu" barədə geniş məlumat təqdim olunub.

Nəşr qeyd edir ki, Strateji İşçi Qrupunun yaradılması ikitərəfli praktiki əməkdaşlığın institusional bazasının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Səfər həm də ABŞ Prezidentinin iki ölkə prezidentlərinin görüşü zamanı Azadlığa Dəstək Aktının 907-ci maddəsinin dayandırılması haqqında fərmanın imzalaması ilə əlamətdar olub ki, bu da mühüm simvolik əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə səfəri də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi kontekstində mühüm nəticələrlə yadda qalıb. Səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin zirvə görüşü keçirilib, onun yekunları üzrə Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid qismində ABŞ Prezidenti Birgə Bəyannamə imzalayıblar. Bundan əlavə, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş"in layihəsi paraflanıb, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalayıblar. Səfər zamanı dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq Memorandumu" imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirən əsas razılaşmalar gətirib. Memorandumların və bəyannamələrin imzalanması enerji, təhlükəsizlik və iqtisadiyyatda yeni perspektivlər açır. İkitərəfli münasibətlərdəki maneələri aradan qaldıran 907-ci maddənin ləğvi mühüm addım oldu. ABŞ-nin Ermənistanla apardığı danışıqlar sülh sazişinin imzalanmasını yaxınlaşdırır. ABŞ-nin himayəsi altında Ermənistanla aparılan danışıqlar sülh sazişinin imzalanmasını yaxınlaşdırdı. Bu səfər regionun və Azərbaycan-Amerika əlaqələrinin siyasətində tarixi bir mərhələ oldu", - deyə Estoniya nəşri qeyd edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Avqust 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri