Icma.az
close
up
RU
Estoniya nəşrində Azərbaycan Prezidentinin ABŞ a səfərinin yekunları barədə məqalə dərc edilib

Estoniya nəşrində Azərbaycan Prezidentinin ABŞ a səfərinin yekunları barədə məqalə dərc edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 avqust, AZƏRTAC

Estoniyanın “Business-M” biznes və informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-a işgüzar səfərinin yekunlarına həsr olunmuş “Azərbaycan və ABŞ: Strateji tərəfdaşlığın yeni mərhələsi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məşhur onlayn nəşrin materialında Prezident Donald Tramp ilə səfər çərçivəsində keçirilmiş görüşlər, “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Anlaşma Memorandumu” barədə geniş məlumat təqdim olunub.

Nəşr qeyd edir ki, Strateji İşçi Qrupunun yaradılması ikitərəfli praktiki əməkdaşlığın institusional bazasının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Səfər həm də ABŞ Prezidentinin iki ölkə prezidentlərinin görüşü zamanı Azadlığa Dəstək Aktının 907-ci maddəsinin dayandırılması haqqında fərmanın imzalaması ilə əlamətdar olub ki, bu da mühüm simvolik əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin ABŞ-a səfəri də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi kontekstində mühüm nəticələrlə yadda qalıb. Səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin zirvə görüşü keçirilib, onun yekunları üzrə Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid qismində ABŞ Prezidenti Birgə Bəyannamə imzalayıblar. Bundan əlavə, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in layihəsi paraflanıb, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalayıblar. Səfər zamanı dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirən əsas razılaşmalar gətirib. Memorandumların və bəyannamələrin imzalanması enerji, təhlükəsizlik və iqtisadiyyatda yeni perspektivlər açır. İkitərəfli münasibətlərdəki maneələri aradan qaldıran 907-ci maddənin ləğvi mühüm addım oldu. ABŞ-ın Ermənistanla apardığı danışıqlar sülh sazişinin imzalanmasını yaxınlaşdırır. ABŞ-ın himayəsi altında Ermənistanla aparılan danışıqlar sülh sazişinin imzalanmasını yaxınlaşdırdı. Bu səfər regionun və Azərbaycan-Amerika əlaqələrinin siyasətində tarixi bir mərhələ oldu”, - deyə Estoniya nəşri qeyd edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri