Icma.az
close
up
RU
Estoniya yaxınlığında rus qoşunları fəallaşdı: Tallin sərhədi bağladı... RƏSMİ

Estoniya yaxınlığında rus qoşunları fəallaşdı: Tallin sərhədi bağladı... RƏSMİ

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sərhədin bağlanması ilə bağlı qərar təhlükəsizlik baxımından qəbul edilib..." -Cənub prefekturasının əməliyyatlar üzrə direktoru

Estoniya sərhədçiləri Rusiyanın sərhəd bölgəsi yaxınlığında hərbi fəallığının artması səbəbindən Rusiya ilə "Saatse" sərhəd-keçid məntəqəsini müvəqqəti bağlayıb.

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Estoniyanın "ERR" telekanalı məlumat yayıb.

Cənub prefekturasının əməliyyatlar üzrə direktoru Künter Pedosk bildirib ki, Estoniya sərhədçiləri keçid məntəqəsi yaxınlığında Rusiya hərbçilərinin əvvəlkindən daha çox olmasını qeydə alıblar.

"Rusiya sərhədçiləri onların ərazisi olduğu üçün "Saatse" keçidini mütəmadi olaraq patrul edir. Lakin bu dəfə həmişəkindən daha çox hərəkətlilik müşahidə edilib", - Pedosk izah edib.

O əlavə edib ki, yolun bağlanması ilə bağlı qərar təhlükəsizlik baxımından verilib.

"Biz mümkün təxribatların və insidentlərin qarşısını almaq üçün yolu bağlamaq qərarına gəldik. Bizim əsas məqsədimiz Estoniya əhalisinin təhlükəsizliyidir", - deyə o vurğulayıb.

Sərhədçilər əvvəlcə yolun hər iki tərəfində patrul dəstələri yerləşdirərək sürücülərə xəbərdarlıq edib və onlara hərbi fəallığın intensiv olduğu ərazidən keçməməyi tövsiyə ediblər.

"Bu tövsiyəyə baxmayaraq, hələ də bu hissədən keçmək istəyən sürücülər var idi. Yol Rusiya ərazisindən keçdiyi üçün təhlükəsizlik vəziyyətini nəzərə alaraq "Saatse" ilə hərəkət edərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır", - zabit əlavə edib.

Daha əvvəl bildirilmişdi ki, Estoniya, Latviya və Litva Rusiyanın hücumu halında 400 min nəfərin təxliyyə planını hazırlayır.

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Oktyabr 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri