Estoniyada Rusiya ilə sərhəd yaxınlığında yeni müdafiə xətti çəkilir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Estoniya Dövlət Müdafiə İnvestisiya Mərkəzi ölkənin cənub-şərq hissəsində Rusiya ilə sərhədə yaxın Baltikyanı Müdafiə Xətti adlanan ərazinin bir hissəsinə çevriləcək infrastrukturun tikintisinə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ERR milli dövlət yayımçısının portalı məlumat paylaşıb.
Məlumata görə, Estoniya-Rusiya sərhədinin müəyyən hissələrində tank əleyhinə xəndəklər qazılır, ilin sonuna kimi ən azı 28 bunker və onlarla anbar yerlərinin inşası planlaşdırılır. Qeyd olunur ki, 2025-ci ildə müdafiə strukturlarının tikintisinə 4.4 milyon avroya yaxın vəsait ayrılıb.
2024-cü ilin yanvarında Estoniya Müdafiə Nazirliyi Baltikyanı ölkələrin Rusiya ilə sərhəddə müdafiə xəttinin çəkilməsi ilə bağlı razılığa gəldiyini elan edib. Müxtəlif müdafiə strukturlarından ibarət zonanın yaradılmasının məqsədlərindən birinin hərbi təhlükədən qorunmaq olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 İyun 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















