Estoniyada təsadüfən onlayn kazinolara tətbiq edilən vergi ləğv olunub
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Estoniyada onlayn kazinolara tətbiq edilən vergi qanunvericilikdəki boşluq üzündən bu il üçün ləğv edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki bu barədə ölkənin maliyyə komissiyasının üzvü Ayvar Kokk bildirib.
Qanuna əsasən onlayn kazinolar ötən il 6 faiz vergi ödəyiblər. Bu il isə ödənilməli olan vergi 4 faiz nəzərdə tutulmuşdu. Lakin qanun layihəsində buraxılan səhv onlayn kazinoların vergidən tamamilə azad olunması ilə nəticələnib. Səhvi isə kazinolardan birinin hüquqşünası aşkarlayıb və bundan maksimum istifadə edib.
Qeyd edək ki, indi sözügedən qanun layihəsində dəyişiklik, başqa sözlə, səhvin düzəldilməsi qaçılmazdır və bunun üçün azı 1 ay vaxt lazımdır.
L.Tağıyeva
Baxış sayı:40
Bu xəbər 14 Yanvar 2026 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















