Zəfər günü Estoniyada qeyd olunub
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu Məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Estoniyadakı səfirliyinin dəstəyi ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində məktəbin rəhbəri Sənəm Əliyevanın şagirdlərlə birlikdə hazırladığı bədii hissə təqdim olunub. Daha sonra müəllim, şagird və valideynlər birlikdə Zəfər gününə həsr olunmuş videoçarxlar izləyib.
Bu kimi tədbirlər Vətəndən uzaqda doğulub böyüyən azərbaycanlı uşaqların tarixi vətənə, dilinə və mədəniyyətinə bağlılıqlarını gücləndirir.
Estoniya Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənən Azərbaycan Həftəsonu Məktəbi Tallin Universitetinin binasında fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 Noyabr 2024 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















