Estoniyanın müdafiə naziri auditin nəticələrindən sonra istefa verib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Estoniyanın müdafiə naziri Hanno Pevkur Dövlət Nəzarətinin apardığı auditin nəticələri fonunda vəzifəsindən istefa verib.
APA xəbər verir ki, Estoniya Müdafiə Nazirliyinin “X” hesabında Pevkurun istefa ərizəsi təqdim etdiyi bildirilib.
Pevkurun sözlərinə görə, qərarı Dövlət Nəzarətinin iradları, xüsusilə Müdafiə Qüvvələrinin və Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin fəaliyyəti ilə bağlı qeydlərlə əlaqədardır.
Nazir bildirib ki, bu iradlar siyasi məsuliyyət məsələsini gündəmə gətirir və o, müdafiə sahəsi üzrə siyasi məsuliyyəti öz üzərinə götürməyi düzgün hesab edir.
Qeyd edək ki, Estoniya Dövlət Nəzarətinin apardığı audit nəticəsində müdafiə qurumlarında hərbi əmlakın uçotunda çatışmazlıqlar, mühasibatlıq qaydalarının pozulması, müqavilə və ödənişlərə nəzarətdə problemlər, həmçinin parlamentə təqdim edilən məlumatlardan fərqli maliyyə risklərinin olduğu müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 03 Sentyabr 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















