Icma.az
close
up
RU
Esvatini Kralı Azərbaycan səfirini qəbul edib

Esvatini Kralı Azərbaycan səfirini qəbul edib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

18-21 fevral tarixlərində Esvatini Krallığının Xarici İşlər Nazirliyinin dəvəti əsasında Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Esvatini Krallığının Parlamentinin açılış mərasimində iştirak üçün həmin ölkəyə səfər edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfər çərçivəsində fevral ayının 19-da kral sarayında Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri x-m Folile Şakantu ilə H.Rəhimli arasında görüş keçirilib. Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Daha sonra Esvatini Kralı Əlahəzrət III Msvati H.Rəhimlini qəbul edib. Görüş zamanı III Msvati Azərbaycan dövlət başçısına öz səmimi salamlarını çatdıraraq, Esvatini kralı ilə Azərbaycan Prezidenti arasında yaranan xoş və səmimi münasibətləri xüsusi vurğulayıb və bu dostluq əlaqələrindən məmnunluq duyduğunu diqqətə çatdırıb. Kral Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcəyini bildirib. İkitərəfli münasibətlərin inkişafı mövzusuna toxunan III Msvati Esvatini tərəfinin Azərbaycanla ticarət-iqtisadi (enerji, nəqliyyat, sərmayə yatırımı və s.) əlaqələrin genişləndirilməsi, habelə dağ-mədən sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən sözügedən sahənin inkişafı üçün Azərbaycan investisiyalarının cəlbində maraqlı olduğunu bildirib.

H.Rəhimli ölkəmizdə aparılan hüquqi və iqtisadi islahatlar sahəsində qazanılmış nailiyyətlərdən söz açaraq, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq, habelə müasir sosial-mədəni infrastruktur, eləcə də kommunikasiya və nəqliyyat xətlərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verib. Eyni zamanda, minalanmış ərazilər probleminin ən ciddi problemlərdən biri olduğu diqqətə çatdırılıb.

Görüş zamanı hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və s. mühüm beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməsi dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsi olduğu xüsusi vurğulanıb. Bundan əlavə, H.Rəhimli məhz Azərbaycanın təşəbbüsü olan “ASAN” və “DOST” nümunəvi dövlət xidmətlərinin təcrübəsindən istifadə edilərək dövlət sektorunda xidmətlərin təkmilləşdirilməsində Afrika ölkələrinə müvafiq yardım göstərildiyini qarşı tərəfin diqqətinə çatdırıb, habelə aidiyyəti qurumların "ASAN xidmət” konsepsiyasının Esvatini Krallığında da tətbiqi imkanlarının nəzərdən keçirilməsini təklif edib. III Msvati ölkəsinin sözügedən xidmət mərkəzlərinin açılmasında maraqlı olduğunu bildirib.

Fevral ayının 20-də H.Rəhimli Esvatini Krallığının Parlamentinin açılış mərasimində iştirak edib. Tədbirdən sonra Parlamentin spikeri c-b Jabulani Mabuza ilə keçirilən görüş zamanı əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının həyata keçirilməsinin əhəmiyyətli rol oynaya biləcəyi xüsusi qeyd edilib. H.Rəhimli hazırda AR Milli Məclisinin sədrinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri olduğunu bildirərək, qeyd olunan istiqamət üzrə də əməkdaşlıq etmək üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Fevral 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri