Ət idxalına qoyulan məhdudiyyət qiymətə necə təsir edəcək? VİDEO
Icma.az, Manset saytına istinadən bildirir.
Azərbaycana bir neçə ölkədən ətin idxalına məhdudiyyət qoyulub.
Manset.az Xəzər TV-yə istinadən bildirir ki, siyahıda bu dəfə Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarının adı var. İdxala məhdudiyyət adı çəkilən ölkələrin müxtəlif regionlarında heyvanlar arasında dabaq, blutanq, nodulyar dermatit, yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlıdır.
Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev qeyd edib ki, ölkəmizə ət əsasən Hindistan, Braziliya, Belarusdan, ən çox qoyun əti isə Monqolustandan idxal edilir.
Əlbəttə, bu sırada digər ölkələr də yer alır.
Qalib Əbdüləliyev sahbibkarları ət və ət məhsullarının idxalı zamanı həmin ölkələrin epizodik durumu ilə bağlı məlumatlı olmağa çağırıb.
Xaricdən gətirilən ət daha çox kolbasa, sosis, konserv və "fast food" yeməklərin, yarımfabrikatların istehsalı ilə məşğul olan müəssisələr tərəfindən alınır.
Manset.az videomaterialı təqdim edir:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Noyabr 2024 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















