Akif Nəsirli: “Ət idxalına məhdudiyyət daxili bazara təsir etməyəcək” KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Azərbaycana bir neçə ölkədən idxal edilən ətə məhdudiyyət qoyulub. Siyahıda Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarının adı var. İdxala məhdudiyyətə səbəb adı çəkilən ölkələrin müxtəlif regionlarında heyvanlar arasında dabaq, blutanq, nodulyar dermatit, yüksək patogen quş qripi xəstəliyinin yayılmasıdır.
İqtisadçı Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, ölkəmizə ət əsasən Hindistan, Braziliya, Belarusdan, ən çox qoyun əti isə Monqolustandan idxal edilir. Ekspert daha sonra əlavə edib ki, idxal məhdudiyyətlərinə baxmayaraq Azərbaycanın ət bazarı korluq çəkməyəcək:
“Ət idxalına qoyulan qadağa böyük seqmentə malik deyil. Ona görə də, qadağan edilən ölkələrin əvəzinə digər bölgələrdən ət idxal etmək olar. Hazırkı ət idxal etdiyimiz regionlardan sadəcə idxalın həcmini artırmaq lazımdır. Azərbaycanda ət idxalı baxımında heç bir problem yaranmayacaq və daxili bazara heç bir təsiri olmayacaq”.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















