Icma.az
close
up
RU
Etibar Əliyev Nazim Həsənzadəyə: Mənim meyidim də bu ölkədə qalacaq

Etibar Əliyev Nazim Həsənzadəyə: Mənim meyidim də bu ölkədə qalacaq

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Eks deputat Etibar Əliyevin bu yaxınlarda vəfat edən Xalq şairi Nəriman Həsənzadə haqqında sosial şəbəkədə yazdığı fikirlər geniş müzakirələrə səbəb olub. 

Müzakirələrin ardından o, ikinci paylaşım edərək tənqidlərinə görə geri çəkilmədiyini və fikirlərinin arxasında olduğunu bildirib.

Modern.az xəbər verir ki, Etibar Əliyev ilk paylaşımında Nəriman Həsənzadənin 95 yaşında vəfat etdiyini xatırladaraq ona rəhmət diləyib, daha sonra isə şairin yaradıcılığı ilə bağlı şəxsi baxışını bölüşüb.

O bildirib ki, yəhudilər şairləri peyğəmbərlərin davamçısı hesab etsələr də, Azərbaycanda bu zümrəyə münasibət fərqlidir. E. Əliyevin sözlərinə görə, dünya ədəbiyyatında bir çox böyük şairlər ən güclü əsərlərini gənc yaşlarında yazıb və erkən vəfat etmələri ilə yadda qalıblar.


Azərbaycan ədəbiyyatından isə Mikayıl Müşfiqin 30, Cəfər Cabbarlının 35, Abbas Səhhətin 44, Məhəmməd Hadinin 44, Səməd Vurğunun 50 və Əli Kərimin 38 yaşında dünyasını dəyişdiyini qeyd edib.

Keçmiş deputat daha sonra Nəriman Həsənzadənin yaradıcılığı ilə bağlı şəxsi mövqeyini açıqlayaraq yazıb:

“Hərənin öz şair seçimi var. 58 yaşında vəfat etmiş Nüsrət Kəsəmənli isə N. Həsənzadədən birmənalı olaraq böyük şairdir”.

Etibar Əliyev əlavə edib ki, Abbas Səhhətin “Vətən”, Səməd Vurğunun “Oxu, gözəl”, Əli Kərimin isə “İki sevgi” şeirlərini Nəriman Həsənzadənin bütün poeziyasına dəyişməz.

O, paylaşımının sonunda Xalq şairi Ramiz Rövşənə uzun ömür arzulayıb.

Bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və çoxsaylı müzakirələrə səbəb olub.

Müzakirələrdən sonra Etibar Əliyev ikinci paylaşım edərək Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadənin onu Azərbaycandan qovmağa çağırdığını iddia edib.

“Rəhmətlik Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə mənim Azərbaycandan qovulmağımı tələb edir. Bu hərəkət XXI əsrin neofaşizmidir”, – deyə o bildirib.

Keçmiş deputat qeyd edib ki, Prezident İlham Əliyev müxtəlif çıxışlarında ölkədə fikir plüralizmi və tənqidin vacibliyini dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, yaradıcı şəxslər barədə sərbəst fikir bildirdiyinə görə təhdidlərlə üzləşməsi həmin çağırışlara ziddir.

Etibar Əliyev Nazim Həsənzadəyə müraciətlə bunları yazıb:

“Tam arxayın ol. Mənim meyidim də bu ölkədə qalacaq və mən məmləkəti sizdən az sevmirəm. Mənim bu ölkəni sevməyənlərə qarşı amansız mübarizəmin 1 faizini etməmisən…”

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə avqustun 3-də 95 yaşında vəfat edib. Onun vəfatı ölkə ictimaiyyətində geniş əks-səda doğurub, dövlət və ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri şairlə bağlı başsağlığı paylaşıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see635

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see547

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see307

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see266

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see235

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see216

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see213

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see206

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see202

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see197

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see183

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see178

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see177

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see175

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see170

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see168

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see158

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see156

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see153

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri