Icma.az
close
up
RU
Şair Nəriman Həsənzadəyə açıq məktub

Şair Nəriman Həsənzadəyə açıq məktub

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə

Hörmətli Rəşad müəllim,

Bir çoxları kimi, mən də unudulmaz şairimiz Nəriman Həsənzadənin bənzərsiz poeziyasının istisinə isinənlərdənəm. Şairin vəfatı ilə bağlı "dəbiyyat qəzeti" "Şöhrətin sevinci də, yaşın kədəri də ona yaraşırdı" məqaləmi qarşıdakı sayında çap edəcək.

Sizə isə "Şair Nəriman Həsənzadəyə açıq məktub" məqaləmi təqdim edirəm. Məqaləni Nəriman müəllimin "Sən bağışladın" şeirinə bəstələnmiş mahnının təsiri altında yazmışdım. Zeynəb Xanlarovanın ecazkar səsi, ecazkar musiqi, ecazkar sözlər məni ovsunlamışdı. Şairin "Sən bağışladın" kitabı isə məni başqa bir aləmə apardı. Bir nəfəsə yazdığım məqalə Nəriman müəllimin o qədər xoşuna gəlmişdi ki, dönə-dönə zəng edib təşəkkürünü bildirmişdi.

Şairə ünvanladığım "Nəriman Həsənzadəyə açıq məktub"da söhbəti gedən məsələlər indi də aktuallığını itirməyib.

Xahiş edirəm, məqaləmi münasib bilsəniz, çap edin. Qoy, şairin ruhu şad olsun!

Hörmətlə,

Qəzənfər PAŞAYEV

Hörmətli Nəriman müəllim!  

Bu günlərdə "Yazıçı" nəşriyyatının buraxdığı "Sən bağışladın" kitabınızı oxudum və sevindim. Ona görə sevindim ki, yeddi çap vərəqi həcmində olan bu kitab məni dünyanın 7 iqlim qurşağına səyahətə sövq etdi və dərindən-dərinə düşündürdü. Bu, bir həqiqətdir ki, informasiyanın aşıb-daşdığı bir zamanda nə hər yazılan kitabı oxumağa, nə də onun haqqında düşünməyə vaxt qalır. Digər tərəfdən hər oxunan kitab da adamı düşündürmür. Sizin kitabınız isə doğrusu, məni düşündürdü. Çünki kitabda aşinası olduğum hisslərdən, fikirlərdən söz açırsınız. Elə götürək "Nəğmə" şeirinizi. Nə gözəl, müqəddəs bir məsələyə toxunubsunuz bu şeirdə! Gənclərin tərbiyəsində, onların ana dilinin incəliklərinə yiyələnməkdə əvəzsiz rol oynayan "Müasir Azərbaycan dili" dərsliyinin Dövlət mükafatına layiq görülməsi əlamətdar hadisə olmaqla, ölkəmizdə milli dillərə, milli mədəniyyətlərə partiyanın, dövlətin böyük qayğısının nəticəsidir. Amerikada çap olunmuş 290 səhifəlik "Azərbaycan dilinin əsaslı kursu" (İndiana ştatı, 1965-ci il) adlı kitabın 226-cı səhifəsində oxuyuruq: İranda Azərbaycan dilinin işlədilməsi rəsmi şəkildə qadağan edildiyi halda, Sovet Azərbaycanında Respublika Elmlər Akademiyasında Dilçilik İnstitutu fəaliyyət göstərir. İnstitut Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmaqla bərabər, dilin qrammatikasına həsr olunmuş əsaslı kitablar və lüğətlər hazırlayıb nəşr edir".

Nəriman müəllim, İranda, kitabınızda böyük üsyankarlıqla söz açdığınız İran şahı Azərbaycan dilini qadağan edirdi. Nə yaxşı ki, sizin gözlədiyiniz gün gəlib çatdı,  arzunuz yerinə yetdi:

Mən heç kəsin kədərinə

şad olmadım,

Şərik oldum mən, əksinə,

yad olmadım,

Ancaq sənin pis gününü

gözləyirdim,

Mən deyirdim

Gün olacaq

Şaha da toy tutulacaq.

("İran şahına məktub")

Ləyaqətsizliyindən söz açdığınız, indi vətənsiz qalan o nankor insan anlamırdı ki, bu dünya borc dünyasıdır. O, gün kimi aydın həqiqətlərə qarşı çıxır, böyük tarixi olan bir xalqın dilini məhv etmək istəyirdi. Ancaq anlamırdı ki, kərküklü qardaşımız İrmaq demişkən: "Vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, tarixi təhrif oluna bilər. Hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər, lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir.

İstər ictimai-siyasi şeirləriniz, istər dünya hadisələrinə münasibətiniz, onlara cavabdehliyiniz, alim-şair kimi gözəl fəlsəfi ümumiləşdirmələriniz, istərsə də həyatın əşrəfi olan insana məhəbbətiniz, bəzən də nifrətiniz təbiiliyi, bəşəriliyi ilə fərqlənir. "Cavabdehəm" bölməsi altında gedən şeirlər arasında "Tərlan bacım" və "Torpağa bu qədər mat qalmamışdıq..." kimi şeirlər Vətənə, xalqa olan dərin məhəbbətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu şeirləri Səməd Vurğunun, "Azərbaycan" və "Partiyamızdır" şeirlərini hansı hiss, hansı qürur,  hansı məhəbbətlə oxumuşamsa, eləcə oxumuşam. Bu hissədə qəlbimi ehtizaza gətirən "Zirvə", "Bayatı", "Qiymət", "Ayırır", "Siz cəbhəyə gedəndə", "Həsənzadə", "Üzü Bakıya", "Ustad" və s. kimi gözəl şeirlər də vardır.

"Dünya işıqdır" bölməsində verilən şeirlər ömrün bahar çağından, ləyaqətdən, məhəbbətdən, ülfətdən söz açır. "Ziyafətdən qayıdan qız", "Gəlin dünya", "Tale", "Biz ki, istəyirik", "Etiraf" belələrindəndir.

Əvvəlki həvəslə döyünür ürək

İndi bir həqiqət kəşf etdim, inan.

Sevməyi kişidən öyrənmək gərək,

Əsl sədaqəti ancaq qadından.

("Etiraf")

"Fikir eləmə" bölməsində nəğmələr toplanmışdır. Şeirləri oxuduqdan sonra bir daha özüm üçün kəşf etdim ki, yaxşı şeirə bəstələnən musiqi də yaxşı olarmış, ürəklərə yol taparmış.

Mənə üfüq boyda geniş səmanı,

Göydə buludları, yerdə dumanı

Dənizdə dalğanı sən bağışladın,

Bu hüsnü-mənanı sən bağışladın...

Nəğmələrinizi oxuyanda vaxtilə Səməd Vurğun mərhum şair Adil Babayevin şeirini dinləyərkən dediyi: "Şair nə incədir rübabın sənin" sözləri qəlbimə hakim kəsildi.

"Bir qəlbdə iki hissə" bölməsindəki şeirləri biri-birindən fərqləndirmək çətindir. Lakin "Rəvayət" və "Adət nədir" şeirləri öz mənasına görə xüsusi yer tutur. Mən ömrümün altı ilini ən adi daşına, uzaq ulduzuna qədər dinlə bağlı olan İraqda keçirmişəm. "Adət nədir" şeiriniz mənə doğma olan, ürəyimin dərinliyində gizlənən, toxunanda sızıldayan hisslərdən bəhs edir.

Molla gəlir yas yerinə

təsbeh əlində,

Dodaqaltı pıçıldayıb

neçə ad çəkir.

Azərbaycan məclisində

ərəb dilində

Saqqalını tumarlayıb

salavat çəkir...

Mənə bir xalq göstərin

siz yas məclisində

Danışanı qulaq asan başa

düşməsin.

Bəli, doğrudan da, təəssüf doğuran bir haldır. Lakin mətləbim başqadır. Məlumdur ki, böyük-kiçikliyindən asılı olmayaraq, hansı bir məclis olursa-olsun, ona bir nəfər ağsaqqallıq edir. Bu, İraqda da belədir. Lakin orada yas məclislərini aparmaq üçün xüsusi molla çağırmırlar. Məclisə gələnlərdən bir ağsaqqala həvalə edirlər ki, məclisi aparsın. Bizdə bu barədə dözülməz vəziyyət yaranmışdır. Bəzən bilirik ki, molla adına məclisə dəvət edilənlərdən çoxu savadsız, keçmişi natəmiz, əməli-saleh olmayan adamlardır. Bununla belə, onları yas məclisinə dəvət etməli oluruq. Ona görə ki, tariximizdə möhkəmlənə biləcək bir adətimiz yoxdur.

Nə qədər ki, alimlərimiz, ziyalılarımız ictimaiyyətin rəyi və arzusu ilə xalqımıza layiq bir adət barədə düşünüb-daşınmayacaqlar, bu vəziyyət davam edəcək və siz deyən kimi:

Başqaları istehzayla

baxıb yan keçəcək,

Bizim ürəyimizdən qara

qan keçəcək.

Kitabda "Rəsul Həmzətova məktub", "Qadın" adlı poemalarınız yer almaqdadır. Nə gizlədim, "Qadın" poeması axıcılığı ilə fərqlənsə də, burada ayrı-ayrı gözəl lövhələr olsa da, ümumiyyətlə, məni o qədər də tutmadı. O ki qaldı "Rəsul Həmzətova məktub" poemanıza, tam qətiyyətlə deyə bilərəm ki, bu poema yaradıcılığınızın parlaq səhifələrindən biri kimi tarixdə qalacaq, bir şair kimi, sizi gələcək nəsillərə tanıdacaqdır. Cənubi Azərbaycanı səyahət etmiş Rəsul Həmzətova ürək sözlərinizi ürəyimcə demisiniz. Hisslərinizi yaxşı qələmə almışınız:

Oxudum mən "İran

silsilənizi",

Var olsun, o qələm,

o ilham, sair.

Bu dəm "Azərbaycan

silsilə"nizi,

Oxumaq dilədim,

danmıram, şair.

Gəldiniz, gördünüz

qədim diyarı

O günlər tarixi

günlərdi, şair.

Göy məscid

Urmiya,

Təbriz bazarı

Hərəsi ayrıca əsərdi,

şair,

Sizin şeirinizi, bəzərdi,

şair.

"Uman yerdən küsərlər" demişlər. Fikirlərinizlə tam şərikəm.

"Sən bağışladın" oxuculara gözəl hədiyyədir. Təkcə böyüklərin deyil, gənclərin və məktəblilərin tərbiyəsində də kitabda toplanan şeirlərin əhəmiyyəti az deyil.

Arzu edirəm ki, belə məzmunlu, oxucunu düşünməyə vadar edən kitablarınızla tez-tez görüşək.

"Azərbaycan müəllimi" qəzeti,

18 iyul, 1980-ci il.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri