Icma.az
close
up
RU
Etibar Süleymanov ölkədən necə qaçıb? DTX bütün planları İFŞA ETDİ

Etibar Süleymanov ölkədən necə qaçıb? DTX bütün planları İFŞA ETDİ

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bu günlərdə Tural Sadıqlıya məxsus "Azad söz" kanalında Etibar Süleymanlı adlı bir nəfər Fransa xüsusi xidmət orqanlarına etiraf etdiyini açıqlayıb.
O, vaxtilə Qış parkının yanında yerləşən "Winter Park" otelində çalışdığı zaman Fransa xüsusi xidmət orqanlarının Bakıdakı rezidenti tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyini bildirib.

Daha sonra isə Fransa xüsusi xidmət orqanlarında çalışan müxtəlif şəxslərlə təmasları olub, onların sifarişi ilə pul müqabilində Azərbaycanda qonşu ölkələr barədə məlumat toplayıb və sifarişçilərə ötürüb. Bu şəxslərdən biri də 2023-cü ildə Azərbaycanda həbs olunmuş Fransa xüsusi xidmət orqanlarının əməkdaşı Martin Ryan olub.

Etibar Süleymanov iddia edib ki, guya casusluq fəaliyyətinə cəlb edildiyini anlayanda özü Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verib. 

Lent.az isə bunun həqiqət olmadığını öyrənib.

Məlum olub ki, Etibar Süleymanovun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı və casusluq fəaliyyəti DTX tərəfindən aşkarlanıb.  DTX məhz bu casusluq zəncirini izləyərək lazımi tədbirlər görüb. Elə hazırda Azərbaycanda məhkəməsi davam edən Martin Rayan da həmin əməliyyat çərçivəsində həbs edilib. 

Etibar Süleymanovun havadarları isə onu ölkədən çıxartmağı bacarıblar.

Etibar Süleymanovun söylədiklərinin yalan olduğunu təsdiqləyən ən böyük fakt isə onun indi məhz Fransada yaşamasıdır. Əgər Etibar Süleymanov özü iddia etdiyi kimi Fransa xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətini Azərbaycan DTX-na " satıbsa", o hazırda Fransada necə rahat yaşaya bilir? Fransa onun təhlükəsizlik maraqlarına xəyanət edən birini necə ölkəsində məskunlaşdırır, hətta "Azad söz" kanalında müsahibəsinə, "ifşa fəaliyyətinə" icazə verir? 

Bu faktın özü göstərir ki, Etibar Süleymanov hələ də Fransa xüsusi xidmət orqanlarının nəzarəti və təsiri altındadır.

Ekspertlər hesab edir ki, Etibar Süleymanovun məhz indi danışdırılmasının səbəbi hazırda Bakıda fransız casus Martin Rayanın davam edən məhkəməsi və proses çərçivəsində etdiyi etiraflardır. 

Qeyd edək ki, Martin Rayan Martin məhkəmə verdiyi ifadəsində bildirib ki, Fransanın Azərbaycadakı səfirliyində işləyən 3 nəfərlə əlaqəsi olub:

"Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idi. Əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdılar. Pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim. Sonra onların agent olduğunu bildim. Bu, davranışları və mənə verdikləri suallardan bəlli oldu. Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər. Hətta burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində də fəaliyyət göstərirdilər. Azad Məmmədliyə də onlar iş təklif etmişdilər.

Onlarla əlaqəni sonlandıra bilmədim. İndi buna görə peşmanam, çox səhv etmişəm. Problemləri görüb, yaxşı qiymətləndirə bilmədim. Təəssüf ki, Azərbaycanın mənə olan etimadını itirmişəm. Mənə olan inamdan sui-istifadə etmişəm. Bu məsələdə günahkar Fransa hökumətidir. Səfirliyin əməkdaşları diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, Fransa hökuməti məni manipulyasiya edib".

Məsələ məhz budur! Fransa Azərbaycan DTX-nin ifşa etdiyi casusunun danışmasından narahatdır.

Burda diqqət çəkən məqamlardan biri də Fransanın Azərbaycanda casusluğa cəlb etdiyi şəxslərdən təkcə Azərbaycan əleyhinə deyil, həm də özünü üzdə müttəfiq göstərdiyi qonşu ölkələr barədə məlumat toplatmasıdır.

İndi isə məhkəmədə bu faktlar bir-bir ifşa olunur. Buna  görə də Fransa xüsusi xidmət orqanları cəld tərpənərək, Etibar Süleynanovu öz dili ilə " DTX agenti" elan etməklə, bu biabırçılığı ört-basdır etmək istəyirlər. Çünki bu ifşadan sonra Fransa xüsusi xidmət orqanları uzun illər müttəfiq olduğu ölkələrə də  hesabat verməli olacaqlar. Onlar Etibar Süleymanov, Azad Məmmədov, Martin Rayan kimi casuslarından həm də bu ölkələr əleyhinə istifadə ediblər.

DTX isə öz unikal əməliyyatı ilə bu cür böyük, həm də iyrənc planları ifşa edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri