Icma.az
close
up
RU
Etibar Süleymanov ölkədən necə qaçıb? DTX bütün planları ifşa etdi

Etibar Süleymanov ölkədən necə qaçıb? DTX bütün planları ifşa etdi

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Bu günlərdə Tural Sadıqlıya məxsus "Azad söz" kanalında Etibar Süleymanlı adlı bir nəfər Fransa xüsusi xidmət orqanlarına etiraf etdiyini açıqlayıb.

O, vaxtilə Qış parkının yanında yerləşən "Winter Park" otelində çalışdığı zaman Fransa xüsusi xidmət orqanlarının Bakıdakı rezidenti tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyini bildirib.

Daha sonra isə Fransa xüsusi xidmət orqanlarında çalışan müxtəlif şəxslərlə təmasları olub, onların sifarişi ilə pul müqabilində Azərbaycanda qonşu ölkələr barədə məlumat toplayıb və sifarişçilərə ötürüb. Bu şəxslərdən biri də 2023-cü ildə Azərbaycanda həbs olunmuş Fransa xüsusi xidmət orqanlarının əməkdaşı Martin Ryan olub.

Etibar Süleymanov iddia edib ki, guya casusluq fəaliyyətinə cəlb edildiyini anlayanda özü Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verib.

Hurriyyet.az xəbər verir ki, Lent.az isə bunun həqiqət olmadığını öyrənib.

Məlum olub ki, Etibar Süleymanovun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı və casusluq fəaliyyəti DTX tərəfindən aşkarlanıb.

DTX məhz bu casusluq zəncirini izləyərək lazımi tədbirlər görüb. Elə hazırda Azərbaycanda məhkəməsi davam edən Martin Ryan da həmin əməliyyat çərçivəsində həbs edilib.

Etibar Süleymanovun havadarları isə onu ölkədən çıxartmağı bacarıblar.

Etibar Süleymanovun söylədiklərinin yalan olduğunu təsdiqləyən ən böyük fakt isə onun indi məhz Fransada yaşamasıdır. Əgər Etibar Süleymanov özü iddia etdiyi kimi Fransa xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətini Azərbaycan DTX-na " satıbsa", o hazırda Fransada necə rahat yaşaya bilir? Fransa onun təhlükəsizlik maraqlarına xəyanət edən birini necə ölkəsində məskunlaşdırır, hətta "Azad söz" kanalında müsahibəsinə, "ifşa fəaliyyətinə" icazə verir?

Bu faktın özü göstərir ki, Etibar Süleymanov hələ də Fransa xüsusi xidmət orqanlarının nəzarəti və təsiri altındadır.

Ekspertlər hesab edir ki, Etibar Süleymanovun məhz indi danışdırılmasının səbəbi hazırda Bakıda fransız casus Martin Ryanın davam edən məhkəməsi və proses çərçivəsində etdiyi etiraflardır.

Qeyd edək ki, Martin Ryan Martin məhkəmə verdiyi ifadəsində bildirib ki, Fransanın Azərbaycadakı səfirliyində işləyən 3 nəfərlə əlaqəsi olub:

"Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idi. Əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdılar. Pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim. Sonra onların agent olduğunu bildim. Bu, davranışları və mənə verdikləri suallardan bəlli oldu. Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər. Hətta burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində də fəaliyyət göstərirdilər. Azad Məmmədliyə də onlar iş təklif etmişdilər.

Onlarla əlaqəni sonlandıra bilmədim. İndi buna görə peşmanam, çox səhv etmişəm. Problemləri görüb, yaxşı qiymətləndirə bilmədim. Təəssüf ki, Azərbaycanın mənə olan etimadını itirmişəm. Mənə olan inamdan sui-istifadə etmişəm. Bu məsələdə günahkar Fransa hökumətidir. Səfirliyin əməkdaşları diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, Fransa hökuməti məni manipulyasiya edib".

Məsələ məhz budur! Fransa Azərbaycan DTX-nin ifşa etdiyi casusunun danışmasından narahatdır.

Burda diqqət çəkən məqamlardan biri də Fransanın Azərbaycanda casusluğa cəlb etdiyi şəxslərdən təkcə Azərbaycan əleyhinə deyil, həm də özünü üzdə müttəfiq göstərdiyi qonşu ölkələr barədə məlumat toplatmasıdır.

İndi isə məhkəmədə bu faktlar bir-bir ifşa olunur. Buna görə də Fransa xüsusi xidmət orqanları cəld tərpənərək, Etibar Süleynanovu öz dili ilə " DTX agenti" elan etməklə, bu biabırçılığı ört-basdır etmək istəyirlər. Çünki bu ifşadan sonra Fransa xüsusi xidmət orqanları uzun illər müttəfiq olduğu ölkələrə də hesabat verməli olacaqlar. Onlar Etibar Süleymanov, Azad Məmmədov, Martin Rayan kimi casuslarından həm də bu ölkələr əleyhinə istifadə ediblər.

DTX isə öz unikal əməliyyatı ilə bu cür böyük, həm də iyrənc planları ifşa edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Mart 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri