Icma.az
close
up
RU
“Etibarlı məlumat mənbələri” mövzusunda təlim

“Etibarlı məlumat mənbələri” mövzusunda təlim

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təlim çərçivəsində iştirakçılara etibarlı məlumat mənbələrinin seçilməsi, informasiyanın yoxlanılması və rəqəmsal platformalarda yayılan xəbərlərin təhlili ilə bağlı praktiki biliklər təqdim olunub. Gənc jurnalistlərə açıq mənbələrdən düzgün istifadə üsulları, məlumatın ilkin və ikinci dərəcəli mənbələr üzrə müqayisəsi, həmçinin manipulyativ informasiyanın müəyyənləşdirilməsi yolları izah edilib. Tədbirin əsas məqsədi iştirakçıların media savadlılığını artırmaq və onların məlumatla işləyərkən daha peşəkar yanaşma bacarıqlarını inkişaf etdirmək olub.

Təlim zamanı layihənin məqsədi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib. Layihə rəhbəri Bəsti Nəsibova bildirib ki, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyinin həyata keçirdiyi təşəbbüs Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Onun sözlərinə görə, layihə çərçivəsində gənclərin informasiya təhlükəsizliyi, media savadlılığı və fakt yoxlama bacarıqlarının gücləndirilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirova müasir dövrdə informasiya bolluğunun jurnalistlər qarşısında yeni məsuliyyətlər yaratdığını vurğulayıb:

“Media nümayəndələri yalnız xəbəri operativ çatdırmaqla kifayətlənməməli, eyni zamanda onun etibarlılığını da dəqiq araşdırmalıdırlar. İnformasiyanın sürətlə yayıldığı bir dövrdə jurnalistin əsas vəzifəsi doğru mənbəni müəyyən etmək və cəmiyyətə yoxlanılan məlumat təqdim etməkdir. Peşəkar yanaşma həm ictimai etimadın qorunmasına, həm də dezinformasiyanın qarşısının alınmasına xidmət edir”.


Təlim zamanı iştirakçılara beynəlxalq fakt yoxlama platformalarının fəaliyyəti, rəqəmsal alətlər vasitəsilə məlumatların təsdiqlənməsi üsulları və media materiallarının analiz prinsipləri barədə də məlumat verilib. Praktiki hissədə iştirakçılar müxtəlif xəbərlər üzərində işləyərək məlumatın etibarlılıq səviyyəsini müəyyənləşdirməyə çalışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və informasiya ilə işləyərkən peşəkar etik prinsiplərin qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 May 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri