Icma.az
close
up
RU
Cəmiyyət özü üçün etibarlı xəbər mənbələri seçməlidir Dezinformasiya ilə mübarizə güclənir

Cəmiyyət özü üçün etibarlı xəbər mənbələri seçməlidir Dezinformasiya ilə mübarizə güclənir

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Təəssüflər olsun ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində bu gün dezinformasiya və “fake news”a rast gəlirik. Dezinformasiya və “fake news” son illər dünyada media sahəsində ən böyük problemə çevrilib. Məlumatların təhrif olunması, saxta məlumatların tirajlanması geniş yayılıb. Azərbaycanda da bu tendensiyanın şahidi oluruq. Amma Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən “Media savadlılığı” layihəsi bütövlükdə təkcə mətbuatımız üçün deyil, cəmiyyətimiz üçün önəmli bir layihə olaraq qiymətləndirilməlidir”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. O qeyd edib ki, bu layihənin həyata keçirilməsi cəmiyyətdə yayılan saxta məlumatlara, dezinformasiyalara qarşı bir immunitet rolunu oynaya bilər: 
“Çünki hansısa bir məlumat yayımlananda və oxucu onu mütləq həqiqət kimi qəbul etdikdə bu, cəmiyyətə böyük zərbə vura bilər. Bu, yalan xəbərin geniş vüsət almasına gətirib çıxara bilər. “Media savadlılığı həftəsi”nin keçirilməsi, cəmiyyətdə bu yöndə maarifləndirmə işlərinin aparılması Azərbaycanda cəmiyyətin “fake news”la mübarizə aparmasına yardımçı olacaq, deyə düşünürəm. Cəmiyyət bəzi xəbər saytlarında, sosial şəbəkələrdə yayılan saxta xəbərlərə inanmamalı, özü üçün etibarlı mənbələr müəyyənləşdirməlidir. Belə olduqda biz növbəti mərhələlərdə cəmiyyətimizdə bu tip saxta məlumatların yayılmasının qarşısının alındığının şahidi olarıq”. 
Qeyd edək ki, Azərbaycanda “Media Savadlılığı” Həftəsinə başlanılıb. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə dekabrın 16-22-də keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, paytaxt Bakı şəhərində və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi və ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.
Törə Zeynallı
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri