Icma.az
close
up
RU
Ətin günü gündən bahalaşmasının səbəbi bilindi AÇIQLAMA

Ətin günü gündən bahalaşmasının səbəbi bilindi AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda ətin bahalaşması son illərdə həm iqtisadi, həm də kənd təsərrüfatı amillərinin birgə təsiri ilə formalaşan mürəkkəb proses kimi qiymətləndirilir. Bazarda qiymət artımları yalnız istehlak tələbinin yüksəlməsi ilə deyil, eyni zamanda istehsal zəncirindəki struktur problemlərlə də bağlıdır. Yem xərclərinin artması, idxaldan asılılıq və yerli heyvandarlıq təsərrüfatlarının zəifləməsi bu prosesə birbaşa təsir göstərən əsas faktorlar sırasındadır. 
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, azərbaycanlılar qırmızı ət, yəni mal və qoyun ətini yeməkdə ümumdünya göstəricisindən təxminən 40–50 faiz geri qalır, buna baxmayaraq ətə tələbat daim mövcuddur və bu, yüksələn xətt üzrə inkişaf edir:
"Tələbatın artdığı, eləcə də restoran biznesinin sürətlə inkişaf etdiyi bir şəraitdə görürük ki, regionlarda və Bakıda restoranlarda yer tapmaq çətinləşir və ət yeməklərinə tələbat artır. Bu qədər böyük tələbatın yaranması, xüsusilə restoran biznesinin genişlənməsi, ətin qıtlığına və qiymətlərin bahalaşmasına ciddi təsir göstərir. Bu fonda ət istehsalı və fermer təsərrüfatları zəif inkişaf edir. Fərdi təsərrüfatlarda illərdir heyvanların sayı azalır, heyvandarlıqla məşğul olan insanların sayı da getdikcə azalır. Yem sürətlə bahalaşır, saxlama xərcləri artır, örüş sahələri isə müəyyən təzyiqlər altında pambıqçılığa çevrilir. Belə bir vəziyyətdə Azərbaycan bazarı xarici bazardan asılılığa doğru sürətlə gedir".
Ekspert deyib ki, yaxşı haldır ki, bu şəraitdə yeni təşəbbüslər də ortaya çıxır:
"Məsələn, "Araz" marketlər şəbəkəsinin birbaşa kəndli təsərrüfatları ilə əməkdaşlığa başlaması əhəmiyyətli addımdır. Əgər digər marketlər də bu cür birbaşa əlaqələr qurarsa, bu, heyvandarlığın inkişafına mühüm töhfə verə bilər.
Beləliklə, kəndli heyvanı bazara aparmaq və alıcı axtarmaq üçün vaxt itirmir, eyni zamanda “aralıq alverçilər” də sıradan çıxır. Bu, müsbət təşəbbüsdür və onun genişləndirilməsi məqsədəuyğundur. Digər marketlər şəbəkələrinin də bu prosesə qoşulması faydalı olar. Ətə tələbat daim artır. Lakin təəssüf ki, heyvandarlığın inkişafına bəzən dövlət qurumları tərəfindən primitiv yanaşmalar da müşahidə olunur. Məsələn, “quzuları kəsməyin, onların əti yaxşı deyil” kimi fikirlər səsləndirilir. Halbuki quzu ətinə tarixən hər zaman tələbat olub. Heyvandarlığın inkişaf yolu quzunu kəsməməkdən deyil, müasir yanaşmaların tətbiqindən və iri, yəni meqa-fermaların yaradılmasından keçir. Mən düşünürəm ki, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Kəlbəcər zonasında meqa-fermalar yaradılarsa, yaxın səkkiz il ərzində Azərbaycan özünü ətlə təmin edə bilər. Lakin bu istiqamətdə hələ ciddi irəliləyiş görünmür. Xüsusilə Kəlbəcərdən olan baytar və zootexnik mütəxəssislər bildirirlər ki, onlar həmin bölgədə çalışa biləcək təcrübəyə malikdirlər, lakin onlara müraciət olunmur və prosesə cəlb edilmirlər. Onların bir çoxu Rusiyada təhsil almış mütəxəssislərdir. Hesab edirəm ki, bu insan resursundan səmərəli istifadə olunmalıdır ki, heyvandarlıq inkişaf etsin və əhalinin qırmızı ətə olan tələbatı daha dolğun şəkildə ödənilsin", - deyə o bildirib.
Qısası, ölkədə ətin qiymətinin artmasına səbəb yem xərclərinin çoxalması, heyvandarlıqla məşğul olanların azalması və restoranların ətə olan böyük tələbatıdır. Ekspert hesab edir ki, bahalaşmanın qarşısını almaq üçün kəndli ilə marketlər birbaşa işləməli və azad edilmiş torpaqlarda böyük heyvandarlıq kompleksləri qurulmalıdır.
Əfsanə Kamal
Demomrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri