Icma.az
close
up
RU
Ətin qiyməti UCUZLAŞA BİLƏR?

Ətin qiyməti UCUZLAŞA BİLƏR?

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 902 baş diri iribuynuzlu ətlik heyvan idxal olunub.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, idxal edilən bir baş iribuynuzlu ətlik heyvanın orta gömrük dəyəri təxminən 375 dollar (638 manat) olub. İribuynuzlu ətlik heyvanların 1 105 başı Rusiyadan, 4 797 başı Gürcüstandan gətirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qara idxalı 2,8 dəfə azalıb. Belə ki, ötən il Rusiyadan (9644 baş), Qazaxıstandan (2538 baş) və Gürcüstandan (1839 baş) Azərbaycana 14 min 21 baş iribuynuzlu ətlik heyvan idxal edilib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan mal-qaranın gömrük dəyəri də kəskin şəkildə aşağı düşüb. Əgər ötən ilin ilk 2 ayında Rusiyadan idxal edilən mal-qaranın bir başının orta gömrük dəyəri 1036 dollar (1761 manat), Gürcüstandan isə 442 dollar (752 manat) olubsa, bu ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 674 dollar (1146 manat) və 306 dollar (520 manat) olub.

Lakin bütün bunlar ət bazarında gözlənilən ucuzlaşmanı yaratmayıb. Əksinə, idxal həcminin 2,8 dəfə azalması, həmçinin bir baş mal-qaranın orta gömrük dəyərinin ötən illə müqayisədə kəskin enməsi fonunda istehlakçılar qiymət artımı ilə üzləşirlər.

İdxal azalır, maya dəyəri aşağı düşürsə, o zaman ət niyə bahalaşır?

İqtisadçı Əkrəm Həsənov bildirib ki, ətin bahalaşmasının əsas səbəbi ölkədə sağlam biznes mühitinin formalaşmaması və kənd təsərrüfatı potensialından düzgün istifadə edilməməsidir: “Azərbaycanda ətin qiymətinin qalxması və idxala ehtiyac yaranması ölkədə sahibkarlıq üçün əlverişli şəraitin olmadığının göstəricisidir. Bu səbəbdən kənd təsərrüfatı lazımi səviyyədə inkişaf etmir. Nəticədə daxili istehsal azalır, idxala ehtiyac yaranır ki, bu da təbii olaraq qiymət artımına gətirib çıxarır. Torpaq resurslarından qeyri-səmərəli istifadə və aqrar sektorda rəqabət mühitinin zəifliyi dəəsas problemlərdən biridir. Fermerlər üçün maliyyə resurslarının əlçatan olmaması, subsidiyaların qeyri-effektiv bölgüsü və bazara çıxış imkanlarının məhdudluğu istehsalın artmasına mane olur. Əslində Azərbaycanda həm iqlim, həm də torpaq baxımından heyvandarlığın inkişafı üçün kifayət qədər potensial var. Amma bu potensialdan düzgün istifadə olunmur. Fermerlər üçün real şərait yaradılmadıqca, onların fəaliyyətinə kənar müdaxilələr azaldılmadıqca, bu sahədə ciddi irəliləyiş gözləmək çətindir”.

Əkrəm Həsənovun fikrincə, idxaldan asılılığın artması daxili bazarı xarici təsirlərə qarşı həssas edir:

“Belə ki, dünya bazarında qiymətlərin dəyişməsi, logistika xərclərinin artması və ya tədarük zəncirində yaranan problemlər birbaşa Azərbaycan bazarına ötürülür.

Problemin həlli üçün kompleks yanaşma tələb olunur və ilk növbədə qanunun aliliyi təmin edilməlidir”, - deyə o bildirib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Aprel 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri