Icma.az
close
up
RU
Ətin qiymətini 17 manata qaldıran 17 SƏBƏB

Ətin qiymətini 17 manata qaldıran 17 SƏBƏB

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu gedişlə ətin qiyməti davamlı olaraq artacaq. Çünki Azərbaycanda ətin qiymətinin artımı sadəcə bazar oyunlarının nəticəsi deyil. Məsələyə bir az dərindən baxanda görürük ki, əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir. Rəsmi statistika göstərir ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır. Yəni ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan artaraq 10,2 milyonu keçib. Nəticədə adam başına düşən yararlı torpaq 0,56 hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib 

O bildirib ki, əhali artır, yararlı torpaq sahəsi isə artmır:

“Əvəzində bu 20 ildə əkin yerləri 237 min hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb. Çoxillik əkmələr 53 min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb. 

Göründüyü kimi, hər sahəyə ayrılan ərazi artıb. Amma ölkənin yararlı torpaq sahəsi artmayıb. Deməli, bu artımlar hansısa sahənin azalması hesabına baş verib. Bu azalan hissə isə örüş və otlaq sahələridir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında heyvandarlığın əsas dayağı olan sahələr getdikcə daralır. Nəticədə yem bazası zəifləyir, otlaq imkanları məhdudlaşır, bu da birbaşa ətin maya dəyərinə təsir göstərir və ət qiyməti davamlı yüksəlir”.

Çıxış yolu varmı? 

Yəqin ki, genetik seleksiya, məhsuldar cinslərin gətirilməsi, aqrotexniki innovasiyalarla daha az torpaqda daha çox məhsul əldə etməklə bağlı təkliflər səsləndirsək, yəqin ki, bu sahəyə məsul şəxslərdən cavab gələcək ki, bu işlər görülür:

“Amma məsələ ondadır ki, problem hələ də qalır. Deməli, bu kifayət deyil, daha ciddi addımlar atmaq lazımdır. Torpaq idarəçiliyi islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. 

EYni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. 

Nə qədər ki su resurslarının bölgsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının ənsər sahələri əziyyət çəkəcəkdir. Beləliklə, ət qiymətini 17 manata qaldıran 17 səbəbdən sadəcə bir neçəsinə toxunduq. Necə əmin olmaq olar ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çatmayacaq? Çünki səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin gələcək taleyini” proqnoz etmək mümkün deyil”. 

O deyib ki, əslində, qlobal infilyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir:

“Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür”.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri