Icma.az
close
up
RU
17 yaşlı çapar idmandan uzaqlaşdırıldı SƏBƏB

17 yaşlı çapar idmandan uzaqlaşdırıldı SƏBƏB

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, 17 yaşlı idmançı hazırda heç bir yarışda iştirak edə bilmir.

Gülayın yarışlardan uzaqlaşdırılmasının səbəbi isə atası barəsində başlanmış cinayət işi ilə əlaqələndirilir. Vüsal Fərzəliyev bir il əvvəl bir qrup şəxslə birlikdə həbs olunub. Ona qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və başqa əşyalar satılıb. Sonradan isə həmin əşyaların oğurluq olduğu üzə çıxıb. Özünü təqsirli hesab etməyən V.Fərzəliyev cinayət məsuliyyətinə cəlb edilib. 8 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb, indi isə məhkəmə araşdırması davam edir.

Gülay uzun illər ərzində atçılıq üzrə peşəkar hazırlıq keçərək müxtəlif fəndlərə yiyələnib. Bir il əvvələ qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Kompleksində hazırlaşaraq müxtəlif yarışlara çıxıb. 

“Qafqazinfo” məsələ ilə bağlı Gülay Fərzəliyevanın özü ilə əlaqə saxlayıb. Çapar saytımıza açıqlamasından yarışlarda iştirak edə bilmədiyini təsdiqləyib və bundan çox məyus olduğunu bildirib: “DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin də məsələdən xəbəri var. Mən özüm Azərbaycanda qalmaq istəyirəm. Buna baxmayaraq, başqa ölkələrdən də mənə təkliflər var. Sadəcə atamın cinayət işinin idman fəaliyyətimə təsir etməsi məni narahat edir. Çünki hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Proseslər tez-tez təxirə salınır, məhkəmənin neçə aya başa çatacağı da məlum deyil. Amma mən bu müddətdə yarışlardan kənarda qalmaq istəmirəm. Artıq yeniliklər öyrənmişəm. Əvvəllər at üzərində manevrlər edirdimsə, indi konkur idmanında özümü peşəkar idmançı hesab edirəm. İstəməzdim ki, hansısa bir iş ucbatından karyerama kölgə düşsün. Tutaq ki, atam axırda təqsirli bilindi. Burada mənim nə günahım var? Artıq neçə aydır işimdən uzağam. Yenidən qayıdıb-qayıtmayacağım da naməlumdur. Uşaqlıqdan illərimi idmana həsr etmişəm, hər günümü at çapmaqla keçirmişəm. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.

Hazırda gənc idmançının əsas istəyi yarışlara qayıtmaq, turnirlərdə bacarıqlarını nümayiş etdirmək və yenidən Azərbaycan bayrağını qaldırmaqdır.

Məsələ ilə əlaqədar Azərbaycan Atçılıq Federasiyasına da sorğu ünvanlamışıq. 

Qeyd edək ki, Gülay 4 yaşından at çapır. 9 yaşında olarkən DSX rəisi və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev onunla görüşüb, peşəkar məşqlərə cəlb olunması, lazımi avadanlıqla təmin edilməsi və məşq şəraitinin yaradılması barədə tapşırıq verib. O, çoxsaylı yarışlarda iştirak edib, birinci və ikinci yerləri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri