Icma.az
close
up
RU
Etirazlar fonunda öz işinə başladı

Etirazlar fonunda öz işinə başladı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası rəsmi olaraq açıq elan edilib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkə Prezidenti Salome Zurabişvili iştirak etmədiyindən iclası parlamentin ən yaşlı deputatı – hakim “Gürcü arzusu” partiyasının nümayəndəsi Lado Kaxadze açıb. 

O bildirib ki, Gürcüstan parlamentinin 89 üzvü qeydiyyatdan keçib və bu, parlamentin öz işinə başlamasına imkan verir. 

“İnterfaks”ın məlumatına görə isə, yeni çağırış parlamenti öz səlahiyyətlərinin tanınması proseduru ilə işə başlayıb.

Belə ki, hakim partiyadan iclasda iştirak edən 89 deputat parlamentin səlahiyyətlərinin tanınmasına səs verib. 

Müxalif partiyalardan seçilən deputatlar isə iclasa qatılmayıb və yaxın zamanlarda deputat mandatlarından imtina ilə bağlı bəyanat yayacaqlar. 

Ölkə qanunvericiliyinə əsasən, yeni seçilmiş 76 deputat parlamentdə iştirak edərsə, qanunverici orqan işə başlamaq səlahiyyətinə malikdir.

Parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri və onların tərəfdarları isə paytaxt Tbilisinin Rustaveli prospektində toplaşıb. Həmin prospektdə çadır quran etirazçılar gecəni burada keçirib. 

Xatırladaq ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib və parlamentdə 150 yerdən 89-unu qazanıb.

Beş faizlik səs baryerini dörd müxalif partiya da keçib. Belə ki, “Dəyişikliklər naminə Koalisiya” 11,03% səs toplayaraq 19, “Birlik - Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə Qaxariya” partiyası isə 7,78% səslə 12 mandata sahib olub.

Buna baxmayaraq, müxalif partiyaların deputatları mandatlarını götürməkdən imtina edir, yeni seçkilərin keçirilməsini tələb edirlər.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri