Icma.az
close
up
RU
Etirazlar fonunda öz işinə başladı FOTOLAR

Etirazlar fonunda öz işinə başladı FOTOLAR

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası rəsmi olaraq açıq elan edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkə Prezidenti Salome Zurabişvili iştirak etmədiyindən iclası parlamentin ən yaşlı deputatı – hakim “Gürcü arzusu” partiyasının nümayəndəsi Lado Kaxadze açıb.

O bildirib ki, Gürcüstan parlamentinin 89 üzvü qeydiyyatdan keçib və bu, parlamentin öz işinə başlamasına imkan verir.

Yeni çağırış parlamenti öz səlahiyyətlərinin tanınması proseduru ilə işə başlayıb. Belə ki, hakim partiyadan iclasda iştirak edən 89 deputat parlamentin səlahiyyətlərinin tanınmasına səs verib.

Müxalif partiyalardan seçilən deputatlar isə iclasa qatılmayıb və yaxın zamanlarda deputat mandatlarından imtina ilə bağlı bəyanat yayacaqlar.

Ölkə qanunvericiliyinə əsasən, yeni seçilmiş 76 deputat parlamentdə iştirak edərsə, qanunverici orqan işə başlamaq səlahiyyətinə malikdir.

Parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri və onların tərəfdarları isə paytaxt Tbilisinin Rustaveli prospektində toplaşıb. Həmin prospektdə çadır quran etirazçılar gecəni burada keçirib.

Qeyd edək ki, Gürcüstan parlamentində ümumilikdə 150 mandat mövcuddur. Yeni parlamentin səlahiyyət qazanması üçün isə qanunverici orqan üzvlərinin tam tərkibinin üçdə ikisinin səlahiyyətlərinin tanınması tələb olunurdu. Qanuna əsasən, parlament seçkilərinin nəticəsini tanımaqdan imtina edən və yeni parlamentdə işləmək niyyətində olmadığını bildirən deputatların da səlahiyyəti tanına bilər. Sözügedən deputatlar isə səlahiyyətləri tanındıqdan sonra müvafiq bəyanat yazaraq mandatlarından imtina edə bilərlər. Müxalif deputatların mandatının ləğv edilib-edilməyəcəyinə isə parlament qərar verəcək.

Onu da xatırladaq ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib və parlamentdə 150 yerdən 89-unu qazanıb.

Beş faizlik səs baryerini dörd müxalif partiya da keçib. Belə ki, “Dəyişikliklər naminə Koalisiya” 11,03% səs toplayaraq 19, “Birlik – Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə Qaxariya” partiyası isə 7,78% səslə 12 mandata sahib olub.

Buna baxmayaraq, müxalif partiyaların deputatları mandatlarını götürməkdən imtina edir, yeni seçkilərin keçirilməsini tələb edirlər.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri