Etirazlara baxmayaraq xatirə gecəsi baş tutdu
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Mərhum Əməkdar artist Aygün Bəylərin xatirə gecəsi keçirilməsinə qızı Canan və bacısı etiraz etsə də, tədbir baş tutub.
Axşam.az xəbər verir ki, xanəndənin digər bacısı Zümrüd Hümbətova onun xatirə gecəsini təşkil edib. “Qonaqcanlı” proqramı bununla bağlı süjet hazırlayıb. Gecədə Xalq artistləri İlqar Muradov, Həmidə Ömərova, aparıcı Saleh Bağırov və digər tanınmış şəxslər iştirak ediblər.
Tədbirdə Z.Hümbətova bacısının yuxusuna girdiyini deyərək “Yuxuma girib, görürəm ki, çox şaddır” sözlərini səsləndirib.
Qeyd edək ki, Aygün Bəylər vəfat etdikdən sonra ailəsində mübahisə yaranıb. İfaçının qızı Canan xalası Aynur Hümbətova ilə yaşayır. Xanəndənin rəsmi instaqram səhifəsində onun qızının icazəsi olmadan adından xatirə gecəsi keçirən təşkilatçılarla bağlı polisə müraciət ediləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 Oktyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















