Etirazlara baxmayaraq, istefa verməyəcək
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Albaniyanın Baş naziri Edi Rama Tiranada polislə ardıcıl üçüncü gündür toqquşan tələbə etirazları fonunda istefa vermək niyyətində olmadığını bildirib.
Adalet.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Nümayişçilər baş nazirin istefasını, universitet şəraitinin yaxşılaşdırılmasını və tələbələrin maliyyə yükünün azaldılmasını tələb edirlər.
Paytaxtda polis bir neçə əsas küçədə toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Etirazlar ölkənin digər şəhərlərinə də yayılıb.
"İstefa çağırışlarıma gəldikdə isə, hökumətlər demokratik seçkilər nəticəsində dəyişir. Biz keçən il seçkilər keçirdik, inqilab yox", - deyə Rama bildirib.
Baş nazir vətəndaşların qanuni tələblərini dinləməyə və artan təhsil xərclərini müzakirə etməyə hazır olduğunu vurğulayıb. Bununla belə, o, dövlət qurumlarına hücumları və əmlakın dağıdılmasını pisləyib.
"Mənim vəzifəm xalqı dinləmək, haqlı narahatlıqları aradan qaldırmaq və Albaniyanı irəli aparmaqdır. Alternativ olaraq, mənə Aİ-yə üzvlük danışıqlarını başa çatdırmaq üçün geniş mandat verən albanlara xəyanət etmək olardı", - deyə Rama bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Oktyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















