Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“Həkim məsləhəti” rubrikamızda

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Ətirdən xərçəngə bircə addım var

Ətirdən xərçəngə bircə addım var

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir çox qadının, eləcə də çoxsaylı kişinin imtina edə bilmədiyi kosmetik vasitə olan ətirlər real təhlükə mənbəyidir. Orijinalından saxtasına, firma istehsalından zirzəmilərdə şüşələrə doldurulanına qədər bütün ətirlər həm orqanizmi, həm də təbiəti zəhərləyir. Saysız-hesabsız marka adı altında satışa çıxarılan növbənöv ətirləri alarkən ən çox üstünlük verdiyimiz daha qalıcı qoxusu olanlardır. Elə ətirlər var ki, hətta paltar yuyulduqdan sonra belə qoxusu qalır. İndi, sadəcə, təsəvvür edin, kimyəvi maddələrlə ən azı 30 dəqiqə yuyulmuş paltarımızdan sevdiyimiz marka ətirin qoxusu bu qədər üstümüzdə qala bilirsə, görün ciyərlərimizdə nə qədər qalır və hansı fəsadları yaradır.

Ətirlərin orijinalı da saxtası da insan orqanizmi üçün təhlükə ehtiva edir. Səbəbi də hazırlanmasında istifadə edilən yüzlərlə kimyəvi maddənin birləşdirilməsidir. Həm orijinal, həm də saxta ətirlərin təhlükəli olduğunu deyən ekspertlər onların qarşısı alınmaz xəstəliklər yarada biləcəyini deyirlər.

Həkim Sülhiyyə Mürsəlova deyir ki, orijinalına nisbətən ucuz olduğu üçün daha çox tələbat olan saxta ətirlərin içərisindəki kimyəvi qatqılar insana xərçəng kimi təhlükəli xəstəliyi “bəxş” edə bilər: “Axı biz alanda o ətirin hansı maddələrdən hazırlandığını, nələrdən əmələ gəldiyini bilmirik, nə olsun ki, deyirlər təbiidir, orijinaldır. Yalnız biznes maraqlarını güdən firmanı istehlakçının sağlamlığı maraqlandırmır. Paraben təhlükəsini bir çox insan bilmir, ətirlərin üzərində bu barədə heç bir məlumat yazılmır. Yazılsa da, əmin olun ki, bu, istehsalçı firmanın maraqlarını qoruyan bir açıqlama olacaq”.

“Paraben” bəşəriyyəti məhv edəcək

Bu gün bütün dünyada ətirlərin orqanizmə fəsadları barədə ən müxtəlif araşdırmalar aparılır. Bütün araşdırmaların nəticəsi isə eyni olur - ətirlər ağciyər xəstəliklərinin yaranması üçün zəmin hazırlayır və bu xəstəliklərə təkan verir.

Təsadüfi deyil ki, həkimlər yeni doğulan körpə ilə təmasda olan insanlara, xüsusilə də, körpənin anasına ətirdən istiadə etməyi məsləhət görmür, çünki kəskin kimyəvi qoxular körpənin ciyərlərinə pis təsir edir. Həkim deyir ki, insan çiyəri digər orqanlarla müqayisədə daha həssas orqandır, ekologiyanın hər gün bir az da çirklənməsi ciyərlərimiz üçün xeyli təhlükəlidir, bu təhlükədən əlavə hər gün kimyəvi maddələrin birləşməsi olan ətirlərə məruz qalmağımız gələcəkdə ağciyər xəstəliklərinin meydana çıxmasına imkan yaradır.

Bütün növ kosmetoloji vasitələrin içində “paraben” mövcuddur. Bu, bir növ qoruyucu kimyəvi maddədir. Şampun, saç kremi, makiyaj təmizləyicilər, nəmləndirici kremlər, dərini qaraldan kremlər, təraş kremləri, ətir kimi bir çox kosmetik vasitənin tərkibində var. Kosmetikaların tərkibində bu qədər çox istifadə edilməsində əsas məqsəd isə məhsulun saxlanma müddətini maksimum artırmaqdır.

Hər toxumada 20 nanoqram!

Döş xərçəngindən əziyyət çəkən qadınların üzərində aparılan araşdırmalar subut edib ki, sinələrindəki şişin hər toxumasında 20 nanoqram paraben var. Kosmetik vasitələrinizin üzərində papaben maddəsi “methylparaben”, “ethylparaben”, “benzylparaben” və ya “buthylparaben” formasında yazılır.

Tərkibində “paraben” olan bütün növ kosmetoloji vasitələr zərərlidir, bu maddə daha çox ətirlərin hazırlanmasında istifadə edilir. Kansorogen maddə olduğu üçün ətirlərin daha çox istehsalı ilə məşğul olan Fransada böyük mübahisələrə səbəb oldu. Məlumat üçün qeyd edim ki, bəzi Avropa ölkələrində tərkibində “paraben” olan kosmetik vasitələr qadağan edildi. Tərkibində “paraben”in olduğu məhsullar arasında körpələr üçün istifadə edilən kremlər də var.

Ətirlərin 97%-i neftdən alınan maddələrdən hazırlanır, hazırlanma prosesində bu maddələrlə birlikdə benzin və aldehidlər də yaranır ki, onlar da ətirlərin tərkibində olur. Ətirlər yalnız ondan istifadə edənlər üçün deyil, ətrafda həm sağlam, həm də miqrendən əziyyət çəkənlər üçün zərərlidir.

Hamiləlik və laktasiya dövründə əsla!

Pediatr Pəri Həsənova deyir ki, ətirlərin tərkibində həddindən çox kimyəvi maddələr var, elə buna görə allergik dəri reaksiyalarına səbəb olan kosmetik vasitələr arasında birinci yeri ətirlər tutur: “Əgər ətirlərə qarşı allergiyanız varsa, bu məhsulları istifadə edəndə dərinizdə şiddətli allergik dəri reaksiyaları başlaya bilər. Qızartı, qaşınma, səpki kimi əlamətləri olur. Biz həkimlər uşaqlara ətir təmasının qəti əleyhinəyik. Bir də görürsən bir ana uşağını müayinəyə gətirib, uşaq elə bil ətir vannasına salınıb, hər tərəfi ətir qoxuyur. Təhlükəsini valideynə başa salırıq, növbəti ay müayinəyə gələndə eyni şey təkrarlanır”.

Pediatr deyir ki, bu məsələyə hamiləlik vaxtından nəzarət etmək lazımdır: “Ginekoloqlar gərək pasiyenlərinə ətirdən istifadə etməyi qadağan eləsin. Çünki hamının orijinal ətir almaq imkanı yoxdur, zirzəmilərdə doldurulan saxta ətiri alıb istifadə edən hamilə bununla həm özünə, həm uşağına təhlükə yaradır. Əslində, biz həkimlər hamiləlikdə, laktasiya dövründə heç orijinal ətiri də məsləhət görmürük, çünki nə qədər əsl ətir deyilsə də, bilirik ki, o kimyəvi maddələrdən ibarətdir. Siz heç dərib güldana qoyduğunuz yasəmənin 1 həftə eyni qoxunu verdiyini görmüsünüzmü? 2 gün qoxuyur, sonra ətri hiss edilmir. Amma yasəmən ətirini istifadə edək, 1 həftə üstümüzdə qalacaq. Deməli, o ətiri qalıcı edən kimyəvi maddələr var”.

Xüsusilə, dermotoloji problemləri olan qadınlara ətirin qadağan edilməsini vacib hesab edən pediatr uşaqları əmizdirmə dövründə ətirlə kontaktdan uzaq olmağı məsləhət görür. Körpəniz üçün istifadə etdiyiniz bəzi dəri kirşanlarında və kremlərində də yüksək dozada paraben var. Uşağın dərisi səpirsə, səpki əleyhinə krem əvəzinə zeyrun yağı, qaz yağı istifadə edin.

Elmi araşdırmalar nə deyir?

Amerikada aparılan bir araşdırma nəticəsində məlum oldu ki, ətirlərin tərkibindəki “benzolin” adlı maddə insan orqanizmini məhv edir. Araşdırma zamanı siçanların nəfəs aldıqları oksigen ətirləndi, nəticələr elan ediləndə isə məlum oldu ki, ətirlər siçanların limfa düyünlərinin genişlənməsinə, dalaqlarının böyüməsinə, ağciyərlərində ləkə yaranmasına və eyni zamanda, qaraciyərlərinin böyük zərər görməsinə səbəb olub.

Rusiyada aparılan başqa bir araşdırma nəticəsində isə aşkar edildi ki, göz yaşarması, bəbəklərin quruması, ikili görmə, asqırma və öskürək, burunun tutulması, qulaqlarda küy və cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, astma tutması, kəskin baş ağrıları, qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbiləşmə, oynaq, damar və əzələ ağrıları, yüksək təyziq, limfa toxumalarında şişlik kimi əlamətlərə səbəb olan ətirlər, əslində, insan orqanizminin düşmənidir.

Azərbaycanda ətirlərin insan orqanizminə təsiri ilə bağlı elmi araşdırma aparılmayıb. Amma ayrı-ayrı həkimlərin şəxsi mülahizələri bu kosmetik vasitənin zərərləri barədə ciddi düşünməyə əsas verir. Ətirlərin vərəm xəstəliyinə təkan verməsi isə dünya ölkələrində çoxdan təsdiqini tapmış məsələdir.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see453

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see273

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see268

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see259

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see252

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see245

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see243

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see240

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see236

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see232

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see226

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see202

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see184

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see183

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see181

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see178

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see177

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see171

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see169

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri