Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Ətlə bağlı əhaliyə MÜHÜM XƏBƏR: Bazarda satılan ətlər...

Ətlə bağlı əhaliyə MÜHÜM XƏBƏR: Bazarda satılan ətlər...

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mənşəyi məlum olmayan ətlər: Sağlamlıq və iqtisadi risklər – qida mütəxəssisi istehlakçılara müraciət etdi.

Ət məhsullarının təhlükəsizliyi günümüzdə yalnız qida keyfiyyəti məsələsi deyil, həm də ictimai sağlamlıq üçün kritik önəm daşıyır. Bazarlarda mənşəyi məlum olmayan ətlərin geniş satışı və xaricdən gətirilən məhsulların istehlakı alıcılar üçün bir çox suallar yaradır. 

Bildiyiniz kimi, idxal olunan ətlər əsasən Braziliya, Hindistan, Monqolustan, Qazaxıstan və Pakistan kimi ölkələrdən gətirilir və laborator nəzarət prosedurlarından keçsələr də, bunlar alıcıları tam qane etmir.

Ozu24.com-un əməkdaşı  mövzunun aktuallığını nəzərə alaraq, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə həmsöhbət olub. Söhbətimiz zamanı narahatlıq doğuran məsələlərə aydınlıq gətirməyə çalışdıq. 

Fotoda  Məhsəti Hüseynova

Məhsəti Hüseynova  bildirir ki, dabaq xəstəliyi əsasən müəyyən mövsümlərdə, xüsusilə yaz və payız aylarında daha geniş yayılır.Bu xəstəlik birbaşa kənd təsərrüfatına, heyvanlara və sahibkarlara zərər verir. Xəstə heyvanlardan süd və ət məhsulları götürülməsi mümkün olmadığından, bəzən bazara çıxarılan, mənşəyi məlum olmayan məhsulların istehlakı insan sağlamlığı üçün ciddi risk daşıyır.

Ət yüksək zülal mənbəyi olduğundan, onu soyuq zəncir şəraitində saxlamaq, daşımaq və hazırlamaq şərti ilə istehlak etmək vacibdir. Satış, saxlanma və bişirmə zamanı sanitar-gigiyena qaydalarına əməl etmək və temperatur rejimini qorumaq sağlamlıq üçün əsas şərtlərdən biridir. İstehlakçılar yalnız mənşəyi bəlli, dövlət nəzarətindən keçmiş və baytar arayışına malik mənbələrdən ət almalıdırlar. Xüsusilə xəstəliyin yayılma dövrlərində bu tədbirlər həyati əhəmiyyət daşıyır.

Mütəxəssis həmçinin qeyd edir ki, ət orqanizm üçün B12 vitamini, dəmir və miyoqlabin kimi vacib elementləri təmin edir. Ətdən imtina edənlər balanslı qidalanmaya diqqət etməli, B12 vitamini ilə zəngin qoz, fındıq, badam və digər çərəzlərdən, həmçinin mərcimək, noxud, lobya, qarabaşaq kimi zülal mənbələrindən istifadə etməlidirlər. C vitamini tərkibli tərəvəzlər rasionda olmalıdır, çünki bu, dəmirin mənimsənilməsinə kömək edir. Zərurət yarandıqda B12 əlavələri də tətbiq olunmalıdır.

Məlumdur ki, bəzi xəstəliklər mövsümi xarakter daşıyır və heyvandarlığın tam sıradan çıxmasına səbəb olmur. Lakin xəstəlik sürətlə yayıldıqda yerli sahibkarlar və fermerlər üçün ciddi iqtisadi ziyan yaranır. Buna görə də qanunvericiliklə bazarların bağlanması, ət kəsim məntəqələrinə nəzarətin gücləndirilməsi və digər tədbirlər həyata keçirilir.

Xaricdən gətirilən ətlər üçün soyuq zəncirin qorunması, temperatur rejiminin pozulmaması, mənşə ölkəsi, kəsmə tarixi, istehsal və son istifadə müddəti kimi məlumatların təqdim olunması vacibdir. Bu məhsullar yalnız laborator müayinələrdən və qida təhlükəsizliyi qaydalarından keçdikdə satışa buraxılır. Uzun məsafədən alınan ətin soyuq zəncirinin pozulma riski yüksək olduğundan, evə yaxın, etibarlı mənbələrdən alınması tövsiyə olunur. Donmuş ətin açılması və ya yüksək temperaturda saxlanması insan sağlamlığı üçün ciddi risk faktorlarını artırır.

Nəticə etibarilə, mənşəyi məlum olmayan ətlərin istehlakı həm sağlamlıq, həm də iqtisadi baxımdan risklər yaradır. Buna görə də bazarlarda nəzarətin gücləndirilməsi, idxal proseslərinin şəffaflığının artırılması, laborator yoxlamaların intensivləşdirilməsi və istehlakçıların maarifləndirilməsi vacibdir ki, vətəndaşlar təhlükəli məhsullardan qoruna bilsin və sağlam seçim edə bilsinlər.

Pərvin Şakirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Noyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri