Icma.az
close
up
RU
ETN Gürcüstan təcrübəsindən faydalana biləcəkmi? ŞƏRH

ETN Gürcüstan təcrübəsindən faydalana biləcəkmi? ŞƏRH

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ETN məmurları tez-tez işgüzar xarici səfərlər edirlər. Bu təbiidir. Bizim beynəlxalq təcrübədən öyrənməli olduğumuz çox məsələlər var. Xüsusən də yaxın xaricdən, yəni postsovet ölkələrindən. Çünki, Qərb ölkələrindən geriliyimiz o qədər çoxdur ki, onların təcrübəsi bizə uyğun deyil. Amma təhsildə region ölkələrindən geriliyimiz o qədər də çox deyil: Qazaxıstandan, Türkiyədən, Belarusiyadan 15 il, Rusiyadan 10 il, Gürcüstandan, Özbəkistandan 5-7 il geridəyik, onların təcrübəsini öyrənib, düzgün uyğunlaşdıra bilsək, faydalı ola bilər”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında dosent İlham Əhmədov deyib:

“Bəs bu səfərlər təhsilimizə fayda verirmi? Hansı ölkədən hansı faydalı təcrübə transfer edilib?

ETN heyəti indi Gürcüstandadır. ETN onlardan çox şey: Kutaisi Beynəlxalq Universitetinin sürətli inkişaf təcrübəsini (Qarabağ Universitetində tətbiq üçün), Gürcüstanın təhsil strategiyası və inkişaf konsepsiyasını (bəlkə bizdə də normal strategiya olardı) öyrənə bilər.

Gürcüstanda olan azərbaycandilli məktəblərin problemlərini biz 7-8 ildir zaman-zaman səsləndiririk (şərhdə bu haqda məlumat var) və yazırıq.

ETN isə həmişəki kimi, belə məsələlərə biganədir.

Gürcüstandakı Azərbaycandilli məktəblərin problemləri çoxdur. 30 ildə orda azərbaycandilli məktəblərin sayı 180-dan 100-a enib. Səbəb də müəllim qıtlığıdır. Təəssüf ki, son 30 ildə biz Borçalı məktəbləri üçün müəllim hazırlamadıq.

2017-2018-ci illərdə bu problemlərin həllinə dəstək üçün biz hökumətə layihə təklifi vermişdik. Məqsəd müəllim çatışmazlığı yaşanan məktəblərin işini və uşaqların orta təhsilini təşkil etmək üçün “distant təhsil” sistemi qurmaq idi”.

İlham Əhmədov fikirlərinə belə davam edir:

“Hələ 10-15 il əvvəl Gürcüstanın ucqar kəndlərində (harada ki, cəmi 20-30 gürcü şagirdi var) uşaqların təhsilini hökumət gürcü dilində, distant təhsil vasitəsi ilə təmin etmişdi, bu sahədə artıq onlarda normativ baza və təcrübə var.

ETN isə bizdəki analoji problemi 1500 məktəbi bağlamaqla həll edir. Bəlkə bu işdə ETN onların təcrübəsindən faydalana?

Gürcüstandakı azərbaycandilli məktəblərin qeyd edilən problemi ilə əlaqədar 2018-ci ildə Diaspora komitəsi təklif etdiyimiz layihə ilə maraqlandı, dəstək vermək istəyirdi. Bu haqda o vaxt komitə E№TN-ə məktub da yollamışdı ( TN 6 ay məktuba cavab verməmişdi). Tbilisidəki səfirliyimiz də layihə ilə maraqlanırdı. Amma ETN bu işə dəstək vermədi, bu səbəbdən layihə baş tutmadı. Məni onda TN-ə dəvət etdilər, bu layihə ilə əlaqədar. Onda E. Əmrullayev TN-də layihələrin idarəedilməsi şöbəsinin müdiri idi. TN-də əvvəl dedilər ki, layihə ilə əlaqəli onunla görüşəcəyəm. Amma o, bu lahiyəni heç müzakirə etmək də istəmədi, mənimlə görüşə aqronom təhsilli, təhsilə dəxli olmayan müavinini yolladı.

O da, məni dinlədi və sakit çıxıb getdi, sonra da onlardan səs çıxmadı.

Şərh bölümündə bu mövzuda 2019-cu ildə olan radioverilişin səs yazısını təqdim edirik, videonun 3-cü dəqiqəsindən həmən layihə haqqında söhbət gedir.

7-8 ildən sonra nəhayət ki, ETN bu problemi səsləndirir, amma bu o demək deyil ki, problemi həll edəcəklər.

Burdakı təhsil problemlərini də 5 ildir ki, səsləndirirlər, amma heç birini də həll etmirlər”.

İlham Əhmədov vurğulayıb ki, son 25 ildə təhsil məmurlarının xarici səfərlərinə bəlkə də 25 milyon avro israf edilib, əvəzində də tərsinə qurulmuş təhsil sistemi formalaşdırılıb.

“Bəlkə, bu səfərlərə israf edilən pulları, şəffaf formada elə təhsilimizin inkişafına sərf etsinlər?

Bu səfərlərdən təhsilimiz real heç nə qazanmır axı”-deyə o fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin (GTU) Fəxri doktoru adına layiq görülüb.

Fəxri ad Emin Əmrullayevə Tbilisiyə səfəri zamanı GTU-da təqdim olunub.

Təqdimat zamanı universitetin rektoru akademik David Qurgenidze qonaqlara Gürcüstan Texniki Universitetinin alimlərinin beynəlxalq layihələri, elmi və akademik nailiyyətləri, davam edən tədqiqatları barədə məlumat verib, tələbələrin dünyanın ən böyük elmi eksperimentlərində uğurlu iştirakından söz açıb.

Şəbnəm 

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Dekabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri