Icma.az
close
up
RU
Politoloqdan Gürcüstan hadisələrinə ŞƏRH

Politoloqdan Gürcüstan hadisələrinə ŞƏRH

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

- +

Gürcüstanda baş verən etirazlardan sonra istefa verən səfirlərin sayı 5-ə çatıb.

Səfirlər Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması barədə qərarını dəstəkləmirlər.

Gürcüstanda baş verən hadisələr hansı istiqamətdə inkişaf edəcək? Qərbin planları reallaşacaqmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,
Gürcüstanda yaşanan hadisələr
Qərbin bu ölkədə “Qızılgül 2” inqılabının həyata keçirilməsi üçün göstərdiyi növbəti cəhddir.

Politoloqun sözlərinə görə, Ukraynada Meydan hadisələrində olduğu kimi etiraz aksiyalarında iştirak edən qərbyönümlü müxalifət, habelə, onunla iş birliyində olan QHT-lər Qərbin donor institutlarının maliyyə dəstəyi ilə birgə hərəkət edirlər.

“Məqsəd isə Gürcüstanda çoxluğun siyasi iradəsi ilə formalaşmış parlament və hökumətə təzyiqləri gücləndirərək onları növbədənkənar seçkilərə getməyə
məcbur etməkdir ki, bu da legetim hakimiyyəti tanımamaq istəyindən irəli gəlir.
“Gürcü arzusu” ölkənin Qərbə inteqrasiya olunmasının heç vaxt əleyhinə olmayıb, sadəcə olaraq bu inteqrasiyanın gürcü xalqının milli adət və dəyərlərinə uyğun şəkildə aparılması, Qərb dəyərləri adı altında Gürcüstanın mental dəyərlərini hədəfə ala biləcək qanunlarının qəbul olunmasının
əleyhinədir.
ABŞ və Avropa Birliyinin Gürcüstanla əməkdaşlıq siyasətinə qlobalistlərin maraqları konteksindən yanaşması Gürcüstanın müstəqilliyi və suverenliyinə təhdid olduğundan, “Gürcü arzusu” bərabər hüquqlu münasibətlərin qurulmasının, onların qarşılıqlı maraq və mənfəət prinsiplərinə nəzərən genişləndirilməsinin tərəfdarı olub.
Qərbin Gürcüstanda maliyyələşdirdiyi bəlli QHT-lərə dövlət nəzarəti, xüsusilə, onların fəaliyyəti ilə bağlı maliyyə hesabatı üzərində şəffaflığın təmin edilməsi üçün gürcü hökumətinin qəbul etdiyi qərarlar Qərbin təsir agentlərinin fəaliyyətini məhdudlaşdırdığından ABŞ və Avropa Birliyi bu kimi qanunların qəbul olunmasında Rusiyanın rolu olduğunu iddia edir və Kobaxidze hökumətini milli maraqlara xəyanətdə günahlandırırlar. Halbuki, məlum qanunlar ABŞ və Avropa Birliyi ölkələrində çoxdan qüvvədədir və bu mənada xarici təsirlərin şəffalığı haqqında qanunun qəbulunun Rusiya sifarişi ilə qəbul olunduğunu iddia etmək absurddur.
Məsələ kifayət qədər sadədir, kollektiv Qərb, yalnız onun maraqlarından çıxış edən satellit siyasi elitalarla əməkdaşlıq edir. Dövlətçiliyə və xalqa sadiq siyasətçilər isə Qərb tərəfindən “persona non qrata” elan olunurlar.
Rəsmi Tbilisiyə olan təzyiqin arxasında onun milli maraqlardan çıxış edərək ölkədə Rusiyaya qarşı cəbhə açmaması, Qərbin təhdid və təzyiqlərinə baxmayaraq Rusiyaya qarşı sanksiyalara qoşulmamasıdır.
Qərb ciddi cəhdlə Gürcüstanda onun maraqlarına xidmət edəcək siyasi qüvvələrin iqtidara gəlməsində maraqlıdır. Buna görə də, rəsmi Tbilisiyə təzyiqlər həm ölkə daxilində beşinci kolona daxil olan 4 siyasi partiyanın və QHT-lərin vasitəsilə gücləndirilir. Cəmiyyət faktiki olaraq vətəndaş qarşıdurmasına sürüklənir. Kiyevdə Meydan hadisələrində olduğu kimi polis və hüquq mühafizə orqanlarına münasibətdə güc tətbiq edilir. Xarici təsirlər kimi isə AB qrantları dayandıracağını, maliyyə institutları tərəfindən güzəştli kreditlərin verilməyəcəyini, AB Gürcüstanla əməkdaşlıqdan imtina edəcəyini bildirir. Nəhayət ABŞ birtərəfli şəkildə Gürcüstanla strateji tərəfdaşlıq haqqında qanunundan kənarlaşdığını bəyan edib.
Hadisələrdə katalizator rolunda çıxış edən isə Fransa vətəndaşlığı olan Gürcüstan prezidenti Saloma Zurabaşvilidir. Makron və Bayden, habelə Paşinyan kimi Rotşildlərin adamı olan bu xanım, ABŞ-dakı seçkilərdə ultraqlobalistlərə məğlub olmuş komandanın-qlobalistlərn tərəfdarıdır və hazırda, bütün postkommunist və postsovet məkanında qızışan rəqabətdə tərəf tutan siyasətçilərdəndir. Ukraynada legetimlik müddəti bitmiş Zelenskini və ya inzibati resurslar hesabına Moldovada prezident seçkilərində qalib gələn Sandunu müdafiə etməsi bu xanıma bəlli maliyyə klanları tərəfindən olan sifarişlərlərlə bağlıdır”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Dekabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri