Icma.az
close
up
RU
Ətraf mühitin qorunması hər bir vətəndaşın da məsuliyyətidir EKOLOQ AÇIQLADI

Ətraf mühitin qorunması hər bir vətəndaşın da məsuliyyətidir EKOLOQ AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“BMT-nin 5 iyun 1972-ci ildə Stokholm şəhərində keçirilən iclasında ilk dəfə olaraq ətraf mühitin qlobal səviyyədə mühafizəsi məsələsi beynəlxalq gündəmə gətirildi. Həmin tarix indiyə qədər hər il Dünya Ətraf Mühit Günü kimi qeyd edilir və dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu günə xüsusi diqqət yetirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı dövlət siyasəti və bir çox konkret tədbirlər həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Ekoloq sözlərinə belə davam edib: “Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində görülən əsas tədbirlər:

1. Qanunvericilik və strateji sənədlər

"Ətraf Mühitin Mühafizəsi haqqında", "Atmosfer Havasının Mühafizəsi haqqında", "Ekoloji Təhlükəsizlik haqqında" və digər qanunlar qəbul edilib.

"Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı" və “2030-cu ilədək dayanıqlı inkişaf məqsədləri” ekoloji hədəfləri də özündə əks etdirir.

2. Yaşıllaşdırma tədbirləri

“Yaşıl dünya naminə həmrəylik ili” (2024-cü il) çərçivəsində yaşıllaşdırma kampaniyaları, ağacəkmə aksiyaları aparılıb.

Hər il yeni meşə zolaqları salınır, bərpaedici tədbirlər həyata keçirilir.

3. Milli parklar və qoruqlar

Ölkəmizdə 9 milli park, 13 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı yaradılıb.

Bu ərazilərdə biomüxtəlifliyin qorunması və ekoturizmin inkişafı təşviq edilir.
Artıq işğaldan azad edilmiş ərazilərimizdə də yeni qoruq ərazilərinin təməli qoyulmaqdadır.

4. Sənaye və tullantı nəzarəti

Atmosferə atılan tullantılar, su və torpaq çirklənməsi üzərində nəzarət gücləndirilib.

"Təmiz Şəhər" ASC vasitəsilə bərk məişət tullantılarının idarə olunması təkmilləşdirilir.

5. Alternativ enerji və iqlim dəyişmələri ilə mübarizə

Günəş, külək və su enerjisindən istifadə təşviq olunur.

Azərbaycan Paris İqlim Sazişinə qoşulub və karbon emissiyalarını azaltma öhdəliyi götürüb.

6. Maarifləndirmə və beynəlxalq əməkdaşlıq

Təhsil müəssisələrində ekoloji maarifləndirmə dərsləri keçirilir.

UNEP, UNDP, WWF kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir. Burada WWF-in Azərbaycan təmsilçiliyinin və onun rəhbəri Elşad Əsgərovun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Azərbaycanda biomüxtəlifliyin qorunması, nəsli kəsilmiş və kəsilməkdə olan növlərin bərpası, regiona qaytarılmasına yönəlik həyata keçirdiyi layihələrlə o, ana təbiətimiz üçün əvəzolunmaz işlər görüb.

Ətraf mühitin qorunması hər bir vətəndaşın da məsuliyyətidir. Gündəlik həyatda təbiətə qarşı diqqətli olmaq – suya, ağaca, heyvana, havaya qayğı göstərmək – ümumi ekoloji səylərə töhfə verir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri