Icma.az
close
up
RU
BDU tələbələri ətraf mühitin qorunması yollarını öyrənirlər

BDU tələbələri ətraf mühitin qorunması yollarını öyrənirlər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Tarix və Geologiya fakültələri üzrə üzvlərinin birgə təşkilatçılığı ilə “Ətraf mühiti qoru! Onun qayğısına qal!” adlı tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov ekoloji problemlərin təkcə bu günə deyil, gələcəyə də təsir göstərdiyini deyib. O, insan və təbiət münasibətlərinə tarixi aspektdən yanaşaraq bildirib ki, qədim dövrlərdən bəri ətraf mühitin qorunması insan cəmiyyətinin mühüm vəzifələrindən biri olub. Professor gənc nəslin maarifləndirilməsinin ekoloji problemlərin qarşısının alınmasında effektiv üsullardan biri olduğunu vurğulayıb.

Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov geoloji mühitin insan fəaliyyəti nəticəsində necə dəyişdiyini elmi nümunələrlə izah edib. Bildirib ki, yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadə olunması, eləcə də geoloji proseslərin düzgün izlənməsi ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Bu baxımdan təbii sərvətlərdən də düzgün istifadə etmək problemin həllinə dəstək olan amillərdəndir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amil Məmmədov ekoloji siyasət çərçivəsində həyata keçirilən layihələr və ictimai iştirakçılığın əhəmiyyəti haqqında geniş məlumat verib. O bildirib ki, vətəndaş cəmiyyətinin ekoloji təşəbbüslərdə aktiv iştirakı ölkənin davamlı inkişafına töhfə verir. Ümumi və tarixi geologiya kafedrasının müəllimi Nurəddin Abbasov Yerdə baş verən təbii proseslərin müasir ekoloji problemlərlə əlaqəsini izah edib.

Sonda ətraf mühitin mühafizəsinə dair maarifləndirici videoçarx nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri