ETX də Yaponiyanın Milli CERT nin nümayəndələri ilə görüş keçirilib FOTOLAR
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) nümayəndə heyətləri arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Eyni zamanda Yaponiya nümayəndələri kiberhücumlara qarşı müdafiə mexanizmləri və beynəlxalq əməkdaşlıq istiqamətində ölkələrinin təcrübələrini bölüşüblər.
Görüşdə bu il Azərbaycan və Yaponiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, ETX və “JPCERT/CC” arasında 2025-ci ildən etibarən məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Mart 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















