Icma.az
close
up
RU
ETX fərdi məlumatların mühafizəsi üzrə tədbirləri gücləndirməyə çağırır

ETX fərdi məlumatların mühafizəsi üzrə tədbirləri gücləndirməyə çağırır

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi dövrdə fərdi məlumatların mühafizəsi həmişəkindən daha böyük əhəmiyyət daşıyır.

"Unikal" xəbər verir ki, 28 Yanvar – Fərdi Məlumatların Mühafizəsi Günü məhz fərdi məlumatların mühafizəsinin əhəmiyyətini vurğulamaq, fərdi məlumatları işləyən tərəflərin öhdəliklərinə, o cümlədən fərdi məlumat subyektlərinin hüquqlarına diqqəti cəlb etmək məqsədilə qeyd olunur.

Belə ki, 1981-ci ilin bu günü Avropada “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib və Azərbaycan həmin Konvensiyaya 2009-cu ildə qoşulub.

2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların tənzimlənməsi haqqında ayrıca qanun – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, fərdi məlumatlar toplanıldığı andan mühafizə olunmalıdır. Fərdi məlumatları mühafizə etməyən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) fərdi məlumatların mühafizəsinin təmin edilməməsi halları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər həyata keçirir.

Fərdi məlumatları işləyən tərəflərdən fərdi məlumatların qanunvericiliyə uyğun işlənilməsi, onların təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumat subyektlərinin hüquqlarının həyata keçirilməsi ilə bağlı tədbirləri gücləndirmələri tövsiyə olunur. Həmçinin fərdi məlumatların mühafizəsi ilə bağlı öhdəlikləri barədə Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış xüsusi videoçarx vasitəsilə tanış olmaları, metodik dəstək üçün Xidmətə müraciət etmələri məqsədəuyğundur.

Fərdi məlumatların mühafizəsi üçün fərdi məlumat subyektlərinin, vətəndaşlarının öz fərdi məlumatlarını qorumaları üçün bütün zəruri addımları atmaları, kibergigiyena qaydalarına əməl etmələri, fərdi məlumatları üzrə hüquqlarından xəbərdar olmaları vacib əhəmiyyət daşıyır. Bu məqsədlə Elektron Təhlükəsizlik Xidməti tərəfindən xüsusi videoçarx hazırlanıb, habelə sosial şəbəkə hesablarında müxtəlif maarifləndirici məlumatlar paylaşılır. 

Bundan əlavə, subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, bu qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər. Müraciətlərin operativ qəbulu üçün qurumun www.cert.az veb-saytında vətəndaş müraciətləri üçün “Fərdi məlumatlarla bağlı hüquq pozuntusunu bildirin” elektron müraciət forması mövcuddur.

Qeyd edək ki, ölkəmizdə beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə hüquqi islahatlar davam etdirilir. Müvafiq tədbirlər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlara razılaşdırma üçün təqdim edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri