ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib
Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
Layihə çərçivəsində ilk təlim telekommunikasiya sektorunda fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri üçün keçirilib. 110-dan çox operator və provayder nümayəndələrinin iştirak etdiyi təlimin əsas məqsədi telekommunikasiya sahəsində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı qanunvericilik tələblərinin izah edilməsi, habelə bu sahədə mövcud öhdəliklərin icrası üzrə metodiki dəstəyin göstərilməsidir.
İştirakçılara “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn əsas tələblər, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı, fərdi məlumatların təhlükəsizliyinin təmini üzrə texniki və təşkilati tədbirlər, eləcə də informasiya sistemlərində fərdi məlumatların qanuni və təhlükəsiz işlənilməsi ilə bağlı praktiki məsələlər barədə məlumat verilib.
Bildirilib ki, dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılması və işlənilməsi qanun pozuntusu hesab edilir. Həmçinin fərdi məlumatların mühafizəsi üzrə müəyyənləşdirilmiş təhlükəsizlik tələblərinə əməl edilməməsi inzibati məsuliyyət yaradır və bu hallarla bağlı ETX qanunvericiliyə uyğun tədbirlər görəcək.
Eyni zamanda vurğulanıb ki, telekommunikasiya fərdi məlumatların mühafizəsi baxımından yüksək riskli sahələrdəndir. Bu sahədə təhlükəsizliyin təmini ölkənin internet məkanının təhlükəsizliyinin qorunması, telekommunikasiya xidmətlərinin dayanıqlığının gücləndirilməsi və istifadəçilərin rəqəmsal xidmətlərə etimadının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
ETX strateji sənədlərdə müəyyən olunmuş tapşırıqların icrası çərçivəsində fərdi məlumatların mühafizəsinin gücləndirilməsi məqsədilə digər həssas sektorlar üzrə də maarifləndirmə və metodiki dəstək tədbirlərini davam etdirməyi nəzərdə tutur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:ETX fərdi məlumatların mühafizəsi üzrə tədbirləri gücləndirməyə çağırır
28 Yanvar 2025 14:58
ETX yeni layihəyə start verib
26 May 2026 13:46
Azərbaycanla Qırğızıstan arasında fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq genişləndirilir
04 Noyabr 2026 13:25
“Fərdi məlumatların mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib
05 İyun 2025 10:16
Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır
06 Noyabr 2026 17:09
Baxış sayı:140
Bu xəbər 26 May 2026 11:56 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları