Icma.az
close
up
RU
ETX: “Telegram”da fişinq hücumu ilə bağlı texniki nəticələr əldə edilib

ETX: “Telegram”da fişinq hücumu ilə bağlı texniki nəticələr əldə edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinq zamanı “Telegram” üzərindən həyata keçirilən fişinq hücumu ilə bağlı texniki nəticələr əldə edilib.

AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına istinadla xəbər verir ki, aparılan təhlillər nəticəsində hücumda istifadə olunan infrastrukturun sxematik təsviri hazırlanıb, IP ünvanlar və yönləndirmə zəncirləri müəyyənləşdirilib, həmçinin hesabların ələ keçirilməsi prosesinə dair ətraflı məlumat əldə olunub.

Araşdırma xidmət tərəfindən əldə olunmuş mesajların birində qeyd olunan “12320sw[.]com” ünvanlı domen ilə başlayır. Domen "156[.]251[.]247[.]206" IP ünvanına "resolve” olunur (AS40065, CNSERVERS LLC). Bu IP birbaşa hər hansı məzmun təqdim etmir, əksinə istifadəçini "p726exa[.]eu[.]cc" domen adına yönləndirir. Həmin domen isə eyni şəbəkədə yerləşən "156[.]251[.]247[.]204" IP ünvanına "resolve" olunur.

Fişinq hücumun həyata keçirilməsi üçün istifadə olunan infrastrukturun sxematik təsviri də təqdim olunub.

Təhlildən aydın olur ki, fişinq fəaliyyətləri bütövlükdə "AS40065" şəbəkəsində mərkəzləşdirilib. İnfrastrukturun eyni provayder üzərində toplanması, hücumçuların birdəfəlik domenləri tez-tez dəyişməsinə baxmayaraq, arxada sabit və idarəolunan texniki baza saxlamasına imkan verir. Bu cür mərkəzləşmə əməliyyatların davamlılığını təmin edir.

ETX monitorinq və bloklama üzrə tövsiyələr də təqdim edib. Qeyd olunan bloklama və monitorinq tədbirlərinin tətbiqi, fişinq infrastrukturu ilə əlaqələrin vaxtında kəsilməsini, zərərli domenlərin trafikinə nəzarəti və hücumların daha erkən mərhələdə aşkarlanmasını təmin edəcək. Bu yanaşma həm daxili şəbəkələrin qorunmasına, həm də istifadəçilərin fişinq səhifələrinə yönləndirilməsinin qarşısının alınmasına əhəmiyyətli dərəcədə kömək edəcək.

Bugünə olan indikatorlar artıq təqdim olunub. Bundan əlavə, bu indikatorlar xidmət tərəfindən aktiv şəkildə istifadə olunan “misp.cert.az” - “İnsident Məlumatlarının Mübadiləsi Platforması”na da əlavə edilib. Fişinq sxeminə aid aşkarlanmış yeni indikatorların yuxarıda qeyd olunan sistemə əlavə olunması nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri