Icma.az
close
up
RU
EUMA sülh axtarışında deyil!

EUMA sülh axtarışında deyil!

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan rəhbərliyinin düşünməli olduğu məqamlar

Avropa İttifaqı Ermənistandakı mülki müşahidə missiyasının (EUMA - EU Mission in Armenia) mandatının əlavə 2 il müddətinə, yəni 19 fevral 2027-ci ilədək uzadılması barədə qərar qəbul edib. Üstəlik, göstərilən müddət üçün missiyaya 44 milyon avrodan artıq büdcə vəsaiti ayrılıb.

Bəri başdan deyək ki, belə bir təsisatın mövcudluğu Azərbaycan–Ermənistan sülh prosesinə zidd təmayüldür. Çünki EUMA iki ölkə arasında münaqişə məntiqini daşıyır. Bu məntiq isə barış mühitinə tamamilə tərs mütənasibdir. Eynilə ATƏT-in artıq rəsmən fəaliyyətini dayandırmış Minsk qrupu kimi.

Amma görünür, erməni iqtidarının təmsilçiləri ya bunu anlamır, ya da Aİ-nin direktivləri qarşısında yenik düşür, qətiyyət göstərməyi bacarmırlar. İndi nə edək? Yekun sülh müqaviləsinin imzalanması üçün EUMA-nın ləğvi tələbini qoyaq və sonra bəziləri desin ki, Azərbaycan yeni ön şərt irəli sürür?

Bəli, ölkəmizin Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının da ləğvini şərt kimi irəli sürməyə tam haqqı çatır. Bunu zəruriləşdirən amillər var və söhbət təkcə EUMA-dan getmir. Bu missiya hazırda, bir növ, aysberqin görünən tərəfidir. Əslində, regionda sülhə maneçilik törədən digər amillər də gizli deyil. Hər halda, Ermənistanla Aİ arasında dekabrın 2-də imzalanmış strateji tərəfdaşlıq gündəliyi formal sənəd sayıla bilməz və onunla bağlı təfərrüatlar açıqdır. O təfərrüatlar ki, mahiyyətcə sülh mühitinə zərər vurur.

Məsələn, gündəlikdəki Azərbaycanın hərbi əməliyyatları nəticəsində Qarabağı tərk etmiş ermənilərlə bağlı müddəanı götürək. Bu müddəa beynəlxalq miqyasda Qarabağ ermənilərinə qaçqın statusunun verilməsi istiqamətində səylərin göstərilməsini nəzərdə tutur. Bir halda ki, əlahiddə qaçqın statusu müəyyənləşir, istər-istəməz, ölkəmizə qarşı anti təbliğat motivi gündəmə gələcək. Axı sadə məntiq var. Azərbaycan “insanları öz evlərindən didərgin salan ölkə” ampluasındadırsa, belə bir ölkə ilə necə barışasan, yaxud sülh müqaviləsi imzalayasan? Yaxşı olar ki, Ermənistan rəhbərliyi Aİ ilə münasibətlərdə stratejilik axtarışına çıxanda barəsində söz açdığımız məqamı düşünsün, bu məqamın hansı fikirlərə yol açdığının fərqinə varsın.

Əlqərəz, məlumdur ki, EUMA 20 fevral 2023-cü il tarixində fəaliyyətə başlayıb. Bu barədə qərar isə 2022-ci ilin oktyabrında verilib. Qərarı şərtləndirən həmin ilin sentyabrında şərti sərhəddə Ermənistan tərəfindən törədilmiş hərbi təxribat idi. O təxribat ki, Azərbaycan Ordusu onun bir daha təkrarlanmaması üçün bir sıra strateji yüksəklikləri ələ keçirmək məcburiyyətində qaldı və bu, həm rəsmi İrəvan, həm də Ermənistanın xaricdəki havadarları tərəfindən işğal kimi qiymətləndirildi. EUMA isə guya ki, işğalın daha da dərinləşməsini qarşısının alınması məqsədinə kökləndi. Nəzərə alaq ki, bu missiya Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində fəaliyyət göstərir. Yəni, təsisat hazırda mülki şəxslərdən (keçmiş hərbçilərdən – red.) təşkil olunsa da, sözügedən çərçivə onun hər an silahlı qruplaşma halına gələ bilməsi üçün zəmin formalaşdırır.

EUMA-nın fəaliyyəti də onun hərbi məqsədlər güddüyünü söyləməyə əsas verir. Belə ki, missiya üzvləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində sabitlik və təhlükəsizlik vəziyyətini müşahidə edirlər. Əslində, müşahidə etdikləri ölkəmizin Silahlı Qüvvələrinin mövqeləridir. Fəaliyyətləri həmin mövqelər üzrə kəşfiyyat işləri aparmaqdır. EUMA-nın sərhəd bölgələrində etimad yaratmaq və sülh prosesinə əlverişli mühitin formalaşmasına dəstək göstərmək kimi strategiyası isə gözdən pərdə asmaqdan başqa bir şey deyil...

Digər tərəfdən, EUMA-nın mövcudluğunu qoruması bir sıra nəticələr doğurur. Ermənistan üçün bu təsisat Qərbə doğru geosiyasi yönəlmənin, müəyyən mənada, institusionallaşmasıdır. Aİ-nin müşahidə missiyası ölkənin təhlükəsizlik arxitekturasında Qərbyönümlü bağlantını simvolizə edir. Bu, eyni zamanda, Rusiya mərkəzli təhlükəsizlik mexanizmlərindən narazılığın ifadəsidir. Yəni rəsmi İrəvan ölkənin hələ də üzvlüyünü davam etdirdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına etibar etmir. Nəzərə alaq ki, Ermənistan sərhədində Rusiya hərbçilərinin keşik çəkmələri faktı da var.

Amma Qərbə doğru yönəlmənin rəmzi qismində EUMA-nın müqəddəsləşdirilməsi təzadlıdır. Axı erməni iqtidarı mövqeyini qətiləşdirmir. Əgər Aİ-nin missiyası anti-Rusiya motivinə söykənirsə və mövcud xüsusda Qərbpərəst xətt götürülürsə, rəsmi İrəvan məsələ barədə açıq bəyanat verməli, KTMT-dəki üzvlüyünü dayandırmalı, Rusiya sərhədçilərini ölkədən çıxarmalıdır.

Yəni Qərbpərəst xətt, heç bir halda, Azərbaycanla münaqişəni saxlamaq motivinə söykənməməlidir. Habelə, erməni iqtidarı EUMA-ya öz hakimiyyətinin Qərb tərəfindən tanınması və dəstəklənməsi görüntüsü kimi yanaşmamalıdır. Nəzərə almalıdır ki, Aİ müşahidəçiləri heç də hay müxalifətinin təhlükəsizliyin zəifliyi ittihamını aradan qaldırmaq gücündə deyillər. Nə də Qərbin EUMA vasitəsilə Ermənistanın, guya, tək olmadığına dair mesaj verməsinə ehtiyac var. Çünki bu mesaj təkcə anti-Rusiya deyil, eyni zamanda, anti-Azərbaycan təmayüllüdür.

Nikol və tərəfdarları 2022-ci və 2023-cü illəri də xatırlamalıdırlar. Axı EUMA yaradılanda onun, əvvəldə də bildirdiyimiz kimi, Ermənistanın Azərbaycanın təcavüzündən qorumaq kimi missiyası müəyyənləşmiş, düşüncələrdə, ümumən erməni ictimai rəyində məhz bu xüsus əsas götürülmüşdü. İndi ölkələr sülhə doğru gedir və deməli, ölkəmizin Aİ müşahidəçilərinin regionda qalmasını etimad problemi qismində qiymətləndirməsində məntiq var.

Bir halda ki, Azərbaycandan Ermənistana neft məhsulları ixrac olunur, ölkəmiz öz ərazisindən Ermənistana taxıl daşınmasına icazə verir, Paşinyan hakimiyyəti nə düşünür? Sualımız ritorikdir. Ölkəmiz xoş niyyətini əməli müstəvidə göstərir. Bunun müqabilində Ermənistanda EUMA-nın müddəti uzadılır. Bu azmış kimi, Aİ ilə strateji müttəfiqliyin anti-Azərbaycan xətti ortaya çıxır...

Amma bir məsələ tam aydındır ki, 2023-cü ildən fəaliyyətə başlamış EUMA Ermənistan üçün nə Azərbaycanla sülh danışıqlarında üstünlük yaradan təsisata çevrildi, nə ölkənin Qərbyönümlü xəttini zənginləşdirdi, nə də Rusiyanın mövqeyini zəiflətdi. Əksinə, o, tam səmərəsiz quruma çevrildi. EUMA Fransanın regionla bağlı avantürist niyyətlərinə xidmət etdi. Daha doğrusu, qurum Aİ-nin yalnız rəsmi Paris tərəfindən müəyyənləşdirilmiş gündəmini formalaşdırmağa səy göstərdi və cəhdləri uğursuz oldu.

Fransanın regional gündəmində Aİ-nin Cənubi Qafqazda ilk dəfə uzunmüddətli sahə mövcudluğu əldə etməsinin uşaq sevinci var. Axı müşahidəçilərin əllərində uşaq kimi binokl tutduqları məlumdur. Çox güman, ciblərində də suvuran tapança gəzdirirlər... Hər halda, bütün bunlar real işə yaramaz, ancaq qıcıq doğurar və doğurur. Bir sözlə, Aİ-nin EUMA-nı regionda, az qala, təhlükəsizlik aktoru qiyafəsində təqdim etməsi son dərəcə yanlışdır və bu təqdimatın yararsızlığı birmənalıdır.

Sonda EUMA-nın fəaliyyət müddətinin uzadılması fonunda Aİ-Ermənistan strateji tərəfdaşlıq gündəliyi üzərində dayanaq. Hesab edirik ki, hazırda Aİ müşahidəçiliyinə, obrazlı desək, boz rəng çalarları qatan məhz sözügedən sənəddir. Gündəlikdə nəzərdə tutulan və haqqında söz açdığımız, daha dəqiq desək, yalnız bir detalını xatırlatdığımız anti-Azərbaycan motivlər EUMA-nın formallıq amplitudasına zərər yetirir. Başqa sözlə desək, sənəd Aİ-nin müşahidə missiyasına formal qurum statusunda baxmağa imkan vermir və bu durumda Azərbaycan diplomatiyası Ermənistanla münasibətlərdə daha fərqli yöntəmləri sınaqdan çıxarmaq hüququnu özündə saxlayır. Bir halda ki, rəsmi İrəvan sülhün səmimiyyət kriteriyalarını şərtləndirən motivləri düşünmür, onun məsələyə önəm verməsi üçün zəruri tədbirlərin görülməsi mütləqdir. Axı regional sülh hansısa avantürist təmayüllər səbəbindən riskə atıla bilməz.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see332

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see258

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see249

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see244

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see239

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see201

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see199

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see187

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see180

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see176

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see175

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see169

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see164

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see164

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see164

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see161

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see159

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see159

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see157

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri