Icma.az
close
up
RU
EUMA personalına verilən imtiyazlar erməni pilotlara təlim keçməyə imkan yaradır Ramid Namazov

EUMA personalına verilən imtiyazlar erməni pilotlara təlim keçməyə imkan yaradır Ramid Namazov

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 aprel, AZƏRTAC

Avropa İttifaqı ilə Ermənistan Respublikası arasında imzalanmış EUMA-nın statusu ilə bağlı sənədin 4-cü maddəsinin 6-cı bəndində göstərilir ki, EUMA personalı etibarlı milli, beynəlxalq sürücülük və ya pilot vəsiqəsi olduğu təqdirdə, bu ölkənin daxilində nəqliyyat vasitəsi sürə və hava nəqliyyatı vasitəsini idarə edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri deputat Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə deyib.

R.Namazovun bildirib ki, 7-ci bəndə görə isə EUMA və personalı istifadələrində olan nəqliyyat vasitələri, avadanlıqlar və ləvazimatlar ilə Ermənistan ərazisində, o cümlədən onun hava məkanında sərbəst və məhdudiyyətsiz hərəkət edə bilirlər.

Səkkizinci bəndə görə, EUMA personalına öz fəaliyyətləri ilə bağlı heç bir rüsum, vergi və ya digər ödənişlər etmədən yollardan, körpülərdən və hava limanlarından istifadə etmək hüquq verilir. Razılaşmadan belə anlaşılır ki, EUMA personalı Ermənistan ərazisində təyyarə və ya helikopteri (bunlar hərbi məqsədlər üçün də ola bilər) istədikləri vaxt maneəsiz idarə etmək səlahiyyətinə malikdir. Prinsip etibarilə bu, EUMA-ya erməni pilotlara həm təlim keçməyə, həm də özlərinin hərbi əməliyyatlarda iştirakına imkan verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri