Icma.az
close
up
RU
Eurohome da sahibkarlar arasında işçi üstündə DAVA

Eurohome da sahibkarlar arasında işçi üstündə DAVA

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakıda tikinti materialları bazarında sahibkarlar arasında dava olub.

Lent.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində yerləşən “Eurohome” bazarında qeydə alınıb.

Burada oboy mağazası işlədən 31 yaşlı Mirzə Dadaşov bazarda mağaza işlədən Fuadı (ad şərtidir) döyərək xəsarətlər yetirib. Nəticədə Mirzə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, rayonda olarkən işçisi ona zəng edərək, Fuadın ona iş təklifi etdiyini deyib. Fuadın işçisinə belə bir təklif  etməsi Mirzəni əsəbiləşdirib. Buna görə də Mirzə dərhal Fuada zəng edib. Lakin o, telefon danışığında bunu inkar edib. Sonra görüntülü zəng vasitəsilə onların hər üçü arasında danışıq olub. Bu zaman Mirzənin işçisi Fuadın ona iş və “Eurohome” bazarında özünə mağaza təklif etdiyini bir daha dilə gətirib.

Rayondan Bakıya qayıdan Mirzə Fuadla öz mağazasında görüşüb. Mağazada Fuad onu hədələyərək bayıra çıxıb və avtomobilinin yük yerini açıb. Mirzə də onun yük yerindən bıçaq və ya digər təhlükəli alət götürəcəyindən ehtiyat edərək, Fuada hücum edib və onu yerə yıxaraq, təpikləyib. Ətrafda olanların müdaxiləsi nəticəsində onları ayırmaq mümkün olub. Nəticədə Fuad travma alıb və topuğu sınıb, həmçinin bir neçə başqa xəsarətlər də alıb.

Zərərçəkən isə ifadəsində avtomobilinin yük yerindən Mirzəni vurmaq üçün hər hansı alət deyil, dərman götürdüyünü deyib. Onun sözlərinə görə, gözlərində problem olduğu üçün gün ərzində bir neçə dəfə gözünə dərman tökür.

Mirzə Dadaşov zərərçəkənlə aralarında barışıq əldə olunduğunu və bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində ədalətli qərar verilməsini xahiş edib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə Mirzə Dadaşov barəsində 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri