Icma.az
close
up
RU
Ağstafada gənclər arasında qız üstündə DAVA TƏFƏRRÜAT

Ağstafada gənclər arasında qız üstündə DAVA TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Ağstafa rayonunda ata-anasına baş çəkməyə gələn gənc oğlan həbs edilib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 16-da Ağstafa rayonunun kəndlərindən birində baş verib. 
Qazax rayon sakini, 2003-cü il təvəllüdlü Əsəd Vəliyev (ad-soyad şərtidir – red.) həmin gün saat 23 radələrində kənd ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi Vüsal Nəbiyev digər həmkəndlisi və tanışı Samirəyə aid şəkilləri sonuncudan istəməsini irad tutub. 
O, Vüsaldan qızdan əl çəkməsini, onu narahat etməməsini tələb edib. Bununla bağlı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı müttəhim zərərçəkmiş şəxsi  çənəsinin sol nahiyyəsindən bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib. 
O bildirib ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “1955” adlanan restoranda ofisiant işləyir və arada bir yaşadığı kəndə ata-anasına baş çəkməyə gəlir: 
“İyunun 13-də Bakı şəhərindən yaşadığım kəndə gəldim. Ayın 16-da Samirə mənə zəng etdi və köməklik istədi. Mən isə ona nə kimi köməklik etmək istədiyini soruşdum. Dedi ki, Vüsal onu təhdid edir. Onunla danışmağımı, ondan əl çəkməsini tələb etməyimi xahiş etdi. Bu səbəbdən iyunun 16-da, saat 23 radələrində Vüsalla görüşdüm. Görüş zamanı məni söydüyü üçün onu yumruqla vurdum”.
Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. 
Vüsalın təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürməsi də məhkəmədə tədqiq olunub. 
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyul 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri