Icma.az
close
up
RU
“Euronews” Azərbaycandakı forumdan reportaj hazırladı Video

“Euronews” Azərbaycandakı forumdan reportaj hazırladı Video

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Euronews” telekanalı Azərbaycanda keçirilmiş III Milli Şəhərsalma Forumuna həsr olunmuş reportaj hazırlayıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, reportajda Azərbaycanın 2026-cı ilin yazında ölkədə keçiriləcək Ümumdünya Forumu ərəfəsində urbanizasiya üzrə ekspertlərin bir araya gətirilməsi barədə danışılır.

Telekanal qeyd edir ki, Xankəndində keçirilən Milli Şəhərsalma Forumu şəhərləri daha dayanıqlı, inklüziv və dəyişikliklərə davamlı etmək yollarını müzakirəsi üçün 64 ölkədən 400-dən çox iştirakçını bir araya gətirib.

“Biz beynəlxalq tərəfdaşlarla əməkdaşlığa davam edirik. Bu, qlobal tendensiyaları və standartları izləməyimizə kömək edir. Azərbaycanda işləyən hər bir beynəlxalq şirkətin ən azı bir, əksər hallarda isə bir neçə azərbaycanlı memarla əməkdaşlıq etməsi baxımından bu faydalıdır. Bunun sayəsində milli peşəkar potensial artır”, - “Euronews” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin sözlərini sitat gətirib.

Reportajda qeyd olunub ki, dünyanın hər yerində şəhər əraziləri iqlim və ictimai səhiyyənin artan problemləri ilə üzləşdiyi üçün şəhərsalma forumu innovasiya və əməkdaşlığın daha dayanıqlı, yaşayış üçün əlverişli şəhərlər qurmağa necə kömək edəcəyinin araşdırılması üçün mühüm platforma rolunu oynayıb.

“Dayanıqlılıq, həmçinin innovativ təhsil deməkdir. Söhbət təhsildən gedəndə, biz uşaqların yaxşı təhsil almaq üçün daha yaxşı şəraitə malik olmasını istədik”, - “SA Partners”in təsisçi-tərəfdaşı Dunya Kovari-Binggeli deyib.

Materialda vurğulanıb ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında öz urbanizasiya siyasətini fəal şəkildə beynəlxalq standartlara uyğunlaşdırır: “BMT və Azərbaycan yüksək birgə iş və yaradıcılıq ruhunda sıx əməkdaşlıq edirlər. Onlar birlikdə bu tədbiri daha effektiv və həqiqətən xüsusi etməyə çalışırlar”.

“UN-Habitat”ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, şəhərlərin necə böyüdüyü izlənilməli, tikililərin sıxlaşdırılması kimi ağıllı strategiyalar planlaşdırılmalı və hazırlanmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri