Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Ev alarkən bu səhvi ETMƏYİN Baha başa gələ bilər

Ev alarkən bu səhvi ETMƏYİN Baha başa gələ bilər

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ev almaq istəyənlərin qarşısına çıxan təkliflər ilk baxışdan cəlbedici görünsə də, sənədlərdəki uyğunsuzluqlar, gizlədilən hüquqi problemlər və ya texniki qüsurlar sonradan ciddi çətinliklər yarada bilər. Bəzən bazar qiymətindən ucuz təklif olunan mənzillər, bəzən də sənədsiz və ya problemli əmlaklar alıcıların maddi zərərlə üzləşməsinə səbəb olur.

Bəs ev alarkən nələrə diqqət etmək lazımdır? 

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, vətəndaşlar ev alqı-satqısından əvvəl daşınmaz əmlak barədə kifayət qədər məlumatlı olmalıdırlar.

Onun sözlərinə görə, məlumatsız alıcılar çox vaxt aldanırlar:

"İstər tikinti materiallarının keyfiyyəti, istər binanın inşasını həyata keçirən MTK-nın əvvəlki fəaliyyətləri, keçmişi, onun layihələri, layihələrdə hər hansı bir problemin olub-olmaması barədə faktlar araşdırılmalıdır. Bundan sonra qərar verilməlidir".

Ekspert qeyd edib ki, ən çox rast gəlinən problemlərdən biri çıxarışın yəni kupçanın olmamasıdır:

"Bir çox hallarda məlumatsızlıq ucbatından mənzilin alınması barədə qərar verilir, amma sonradan məlum olur ki, həmin mənzil çıxarışa malik deyil. Sadəcə müqavilə ilə bu alqı-satqı faktı təsdiqlənir. O da güvənli və təminatlı alqı-satqı deyil. Çünki rəsmi alqı-satqı notariuslarda həyata keçirilir və notariuslar mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün mütləq çıxarış tələb edirlər".

V.Orucun sözlərinə görə, fərdi yaşayış evləri alınarkən tikilinin qanuni olub-olmamasına da diqqət yetirilməlidir:

"Evin qanunsuz, yəni özbaşına tikilməsi sonradan sənəd alınmasında ciddi problemlər yaradır".

O bildirib ki, əvvəllər bir mənzilin bir neçə nəfərə satılması halları daha çox müşahidə olunurdu:

"Müxtəlif sənədlərdə dəyişiklik etməklə və ya mülkiyyətçilərin bir-birindən məlumatsız olmasından istifadə etməklə belə hallar baş verirdi. Hazırda elektron sistem mövcuddur. Vətəndaşlar çıxarışın kimə aid olduğunu müəyyən edə bilirlər. Bu səbəbdən belə faktlar xeyli azalıb".

Ekspert həyət evləri alınarkən torpaq sahəsinin təyinatının da mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"Torpaq sahəsinin təyinatı çox zaman alıcının diqqətindən kənarda qalır. Kənd təsərrüfatı təyinatlı torpaqda yerləşən evlərin alqı-satqısı bəzən qeydiyyat, müqavilə və ya etibarnamə yolu ilə həyata keçirilir ki, bu da qanunsuzdur. Vətəndaşlara tövsiyə edirəm ki, yalnız hüquq müəyyənedici sənədi olan və notarius vasitəsilə rəsmiləşdirilməsi mümkün olan əmlakları alsınlar".

V.Oruc bildirib ki, mənzilin və ya evin girovda olub-olmaması, ipoteka ilə alınıb-alınmaması, məhkəmə mübahisəsinin mövcudluğu da əvvəlcədən araşdırılmalıdır:

"Ev alqı-satqısı prosesində evdə qeydiyyatda olan bütün şəxslərin razılıq ərizələri alınmalıdır ki, yeni mülkiyyətçi sonradan hər hansı iddia ilə qarşılaşmasın".

Ekspert texniki pasportla faktiki vəziyyət arasında uyğunsuzluqların da ciddi problem yaratdığını deyib:

"Daxili planlaşdırma və sahələrin təsviri texniki pasportda əks olunur. Texniki pasportla faktiki vəziyyətin uyğun gəlməməsi gələcəkdə ciddi problemlərə səbəb olur".

Onun sözlərinə görə, bəzi hallarda alıcılar sənəddə göstərilməyən əlavə sahələrə görə də ödəniş edirlər:

"Bir çoxları mənzilə baxır və onun artırması ilə birlikdə alır. Sonradan məlum olur ki, həmin artırma sənəddə göstərilməyib. Bu da gələcəkdə problemlərlə üzləşməyin səbəblərindən biridir".

V.Oruc bildirib ki, bəzi məlumatlar rieltor və ya maklerlər tərəfindən gizlədilə bilər:

"Evin hüquqi problemləri, həmin ərazidə söküntü və ya yol layihələrinin olması, real sahə ilə sənəddə göstərilən sahə arasındakı fərqlər gizlədilə bilər. Məsələn, 200 kvadratmetr kimi təqdim olunan mənzilin çıxarışında 180 kvadratmetr göstərilir. Bu zaman vətəndaş faktiki olaraq hər kvadratmetrə daha çox vəsait ödəmiş olur".

Ekspert əlavə edib ki, servitut məsələləri də sonradan ciddi problemlər yarada bilər:

"Məsələn, vətəndaş ev alır və sonradan məlum olur ki, onun həyətyanı sahəsindən başqa bir evə giriş var. Əvvəlcə problem görünməsə də, sonradan həmin keçidlə bağlı mübahisələr yaranır və bu, ciddi çətinliklərə səbəb olur".

V.Orucun sözlərinə görə, alıcılar yalnız sənədləri deyil, evin texniki vəziyyətini və ətraf mühiti də araşdırmalıdırlar:

"Elə evlər satılır ki, sonradan infrastruktur problemləri, qonşularla bağlı problemlər və ya tikintidə konstruktiv qüsurlar üzə çıxır. Bütün bunları araşdırmaq üçün ya vətəndaş özü kifayət qədər məlumat toplamalı, ya da mütəxəssisə müraciət etməlidir".

Ekspert sonda vətəndaşlara bir sıra tövsiyələr verib:

"Birinci növbədə çıxarış tələb olunmalıdır. İkincisi, texniki pasport tələb edilməli və faktiki vəziyyətlə müqayisə olunmalıdır. Üçüncüsü, evə həm səhər, həm də axşam baxılmalıdır. Dördüncüsü, qonşularla danışaraq hər hansı problemin olub-olmaması öyrənilməlidir. Beşincisi, qiymət bazardan xeyli aşağıdırsa, səbəbləri ətraflı araşdırılmalıdır. Alqı-satqıdan əvvəl peşəkar qiymətləndirici, hüquqşünas və ya daşınmaz əmlak mütəxəssisinin rəyi alınmalıdır. Həm sənədlər, həm evin vəziyyəti, həm də hüquqi prosedurlar tam araşdırıldıqdan sonra mənzilin və ya fərdi yaşayış evinin alınıb-alınmaması barədə qərar verilməlidir".

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 İyun 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri