Icma.az
close
up
RU
İpoetka ilə ev almaq istəyənlər üçün VACİB XƏBƏR

İpoetka ilə ev almaq istəyənlər üçün VACİB XƏBƏR

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Güzəştli ipoteka kreditləri üzrə faiz dərəcəsi hazırda 4 faiz, maksimal məbləğ isə 100 min manat, adi ipoteka kreditlərində isə faizlər 7-8 faiz aralığında dəyişir və kredit məbləği 150 min manata qədərdir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.

AQC sədri əlavə edib ki, faiz dərəcələrinin azaldılması birbaşa ölkənin makroiqtisadi imkanları ilə bağlı məsələdir:

"Əgər iqtisadi şərait və risklər buna imkan versə, faizlərin aşağı salınması məqsədəuyğun hesab oluna bilər. Lakin mövcud iqtisadi vəziyyətdə bu addım real görünmür.

Hazırkı mərhələdə əsas prioritet ipoteka kreditlərinin məbləğinin artırılması və əlçatanlığın genişləndirilməsi olmalıdır. Çünki bu gün 100 min manat güzəştli ipoteka krediti alan vətəndaş ən azı eyni məbləği də üzərinə əlavə etməyə məcbur qalır ki, yeni tikilidə bir otaqlı və ya maksimum iki otağa çevrilmiş mənzil ala bilsin. Bu isə əksər ailələr üçün ciddi maliyyə yükü yaradır.

Əvvəlki illərdə bir və ya iki otaqlı, hətta üç otağa çevrilmiş mənzilləri 120-130 min manat civarında almaq mümkün idisə, hazırda həmin qiymətlər təxminən iki dəfə artıb. Nəticədə güzəştli ipoteka kreditindən istifadə edən vətəndaşlar faktiki olaraq tam deyil, ən azı yarı ödəniş etməyə məcbur olurlar.

Adi ipoteka kreditlərində müəyyən edilən 150 min manatlıq limit də çoxotaqlı mənzillərin alınmasını çətinləşdirir. Bu məbləğ bir otaqlı mənzil üçün yetərli ola bilər, lakin iki və daha çox otaqlı mənzillərin alınması üçün kifayət etmir".

Vüqar Oruc əlavə edib ki, faizlərin azaldılması hazırda real görünməsə də, ipoteka əlçatanlığını artırmaq üçün alternativ addımlar mümkündür:

"İlk növbədə ipoteka kreditlərinə ayrılan ümumi vəsait artırılmalıdır. Eyni zamanda, vətəndaşlara verilən kredit məbləğləri yenidən nəzərdən keçirilməlidir. Belə ki, güzəştli ipotekalarda limit 100 mindən 150 min manata, adi ipotekalarda isə 150 mindən 200 min manata qədər yüksəldilməlidir. Bu, daşınmaz əmlak bazarında baş verən bahalaşma fonunda vətəndaşların mənzil alma imkanlarını qismən də olsa artırar.

Paralel olaraq, tikinti sektorunda sahibkarların təşviqi vacibdir ki, bazarda mənzil təklifi artsın. Bundan əlavə, İpoteka və Kredit Zəmanət Fondunun mövcud mexanizmləri çərçivəsində kirayə mənzil bazarının da genişləndirilməsi məqsədəuyğundur. Belə olduqda vətəndaşlar təkcə ipoteka krediti hesabına deyil, eyni zamanda kirayə mənzillər vasitəsilə də mənzil tələbatlarını ödəyə bilərlər".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Fevral 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri