Icma.az
close
up
RU
Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?

Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın daşınmaz əmlak bazarında ən çox müqayisə edilən şəhərlərdən biri Bakı, digəri isə Sumqayıtdır. Son illərdə paytaxtda mənzil qiymətlərinin sürətlə artması bir çox vətəndaşı daha münasib qiymətli alternativlər axtarmağa sövq edib. Bu baxımdan Sumqayıt alıcıların diqqət mərkəzinə çevrilib. Bəs iki şəhər arasında mənzil qiymətlərindəki fərq nə qədərdir və bu fərqi yaradan əsas amillər hansılardır?

Bakı ölkənin iqtisadi, inzibati və biznes mərkəzi hesab olunur. Dövlət qurumlarının, iri şirkətlərin, universitetlərin və əsas iş yerlərinin böyük hissəsi paytaxtda yerləşir. Bu isə mənzilə olan tələbatı daim yüksək saxlayır.

Milli.Az-ın araşdırmasına görə, hazırda Bakıda yeni tikililərdə mənzillərin orta satış qiyməti hər kvadratmetr üçün təxminən 2 800-3 100 manat arasında dəyişir.

Şəhərin mərkəzi hissələrində və prestijli ərazilərdə isə bu göstərici 4 000 manatı da ötür. Məsələn, 70 kvadratmetrlik bir mənzilin qiyməti orta hesabla 190 000-220 000 manat arasında dəyişə bilir.

Sumqayıtda isə vəziyyət fərqlidir. Şəhərdə mənzillərin orta satış qiyməti hər kvadratmetr üçün 1 700-1 800 manat səviyyəsindədir. Bu səbəbdən 70 kvadratmetrlik mənzilə təxminən 120 000-130 000 manata sahib olmaq mümkündür. Beləliklə, eyni sahəyə malik mənzillər arasında Bakı və Sumqayıt üzrə qiymət fərqi orta hesabla 70 000-90 000 manat təşkil edir. Kvadratmetr üzrə müqayisədə isə fərq təxminən 1 000-1 300 manatdır.

Bu fərqin əsas səbəbi Bakıda iş yerlərinin, biznes mərkəzlərinin və sosial infrastrukturun daha çox cəmləşməsidir. Paytaxtda metro şəbəkəsinin mövcudluğu, nəqliyyat imkanlarının genişliyi və investisiya məqsədilə mənzil alışına yüksək maraq qiymətlərin daha yüksək olmasına səbəb olur. Digər tərəfdən, Bakıda torpaq ehtiyatlarının məhdud olması yeni layihələrin maya dəyərini artırır.

Sumqayıtda isə torpaq ehtiyatlarının daha geniş olması və tikinti imkanlarının nisbətən əlverişli qalması qiymətlərin aşağı səviyyədə formalaşmasına şərait yaradır. Bununla belə, son illərdə Bakı-Sumqayıt yolunun yenilənməsi, nəqliyyat əlaqələrinin yaxşılaşması və şəhərdə həyata keçirilən abadlıq layihələri daşınmaz əmlak bazarına marağı artırıb. Hazırda minlərlə insan Sumqayıtda yaşayaraq Bakıda işləyir ki, bu da şəhərdə mənzilə tələbatı yüksəldən əsas amillərdən biridir.

Maraqlı məqamlardan biri də odur ki, son illərdə Bakı ilə Sumqayıt arasında qiymət fərqi tədricən azalır. Sumqayıtda mənzillərin qiyməti son iki ildə təxminən 25-30 faiz artıb. Mütəxəssislər hesab edirlər ki, Bakıda qiymətlərin yüksək qalması fonunda daha münasib seçim axtaran alıcıların Sumqayıta üz tutması bu tendensiyanı gücləndirir.

Nəticədə Bakı hələ də ölkənin ən bahalı daşınmaz əmlak bazarı olaraq qalsa da, Sumqayıt həm qiymətlərin daha münasib olması, həm də paytaxta yaxınlığı səbəbindən alıcılar üçün cəlbedici alternativə çevrilib. Məhz bu amillər son illərdə Sumqayıtda mənzil satışlarının və qiymətlərin artmasına səbəb olan əsas faktorlar kimi qiymətləndirilir.

Ayxan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 İyun 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri