Icma.az
close
up
RU
Ev almaq istəyənlərə mühüm xəbər

Ev almaq istəyənlərə mühüm xəbər

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəyyən kateqoriyaya daxil edilən vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə uçota alına biləcəklər.

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Mənzil Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericilik aktları ilə müəyyən edilən əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcəklər.

Həssas kateqoriyadan olan bu şəxslərin mənzil təminatının bilavasitə Mənzil Məcəlləsinin tələbləri çərçivəsində tənzimlənməsi (yəni yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması və onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi) bu sahədə meydana çıxan bir sıra məsələlərin (mənzil fondunun statusu, onun hansı əsasla verilməsi, tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi və s.) həllinə və daha detallı tənzimləyə xidmət edəcək. Eyni zamanda qanun layihəsinə əsasən, yaşayış sahəsi ilə təmin olunan şəxslərin təkrar müraciətlərinin tənzimlənməsi də həyata keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçota alınan bu kateqoriyadan olan şəxslərin növbəlilik əsasında mənzil təminatı məqsədilə geniş proqramlar həyata keçirilir. 1 yanvar 2025-ci il tarixinə 15 600 mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə verilib.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri