Icma.az
close
up
RU
Ev almaq istəyənlərə mühüm xəbər ipoteka məbləği və faiz dərəcəsi...

Ev almaq istəyənlərə mühüm xəbər ipoteka məbləği və faiz dərəcəsi...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər ev sahibi olmaq xeyli çətinləşib. İpoteka kreditləri əlçatan deyil. Yüksək faizlər və aylıq ödənişlər səbəbindən 600-800 manat maaş alan şəxslərin mənzil sahibi olması demək olar ki, mümkünküz hala çevrilib.

Belə vəziyyətdə vətəndaşların rahat mənzil əldə edə bilməsi üçün dövlət hansı addımları ata bilər?

Globalinfo.az-a danışan iqtisadçı alim Altay İsmayılov bildirib ki, 600-800 manat maaş kifayət qədər aşağı göstəricidir.

Onun sözlərinə görə, xüsusən də ailədə yalnız bir nəfər işləyirsə və bu qədər əməkhaqqı alırsa, həmin gəlirlə mənzil ehtiyacını qarşılamaq mümkün görünmür:

“Azərbaycanda orta aylıq gəlir təxminən 1000 manatdır. Əgər ailədə iki nəfər çalışırsa, ümumi gəlir 2000 manata yaxınlaşa bilər. Lakin bu halda belə, mənzil almaq imkanları məhdud qalır. Xarici təcrübəyə baxsaq görərik ki, orada da çox aşağı gəlirli insanlar ev sahibi ola bilmirlər. Yəni əsas problem ipoteka şərtlərində deyil, gəlir səviyyəsinin aşağı olmasındadır. Azərbaycanda da eyni məsələ müşahidə olunur. Mənzil almağın əsas maneəsi əhalinin real gəlirinin aşağı olmasıdır. Buna görə də ilk növbədə gəlirlərin artırılması vacibdir”.

A.İsmayılov əlavə edib ki, ipoteka mexanizmlərində müəyyən dəyişikliklər də mümkündür:

“Məsələn, hazırda təqdim edilən ipoteka kreditlərinin məbləği Bakı şəhərində ev almaq üçün kifayət etmir. Bu məbləğə yenidən baxıla, faiz dərəcələri aşağı salına bilər. Həmçinin sosial evlər layihəsinin əhatə dairəsi genişləndirilə bilər. Dünyanın bir çox ölkəsində bu model uğurla tətbiq olunur. Sosial evlərin sayını artırmaq, onları daha əlçatan qiymətlərlə tikmək və aşağıgəlirli təbəqənin istifadəsinə vermək mümkündür”.

Altay İsmayılov

Altay İsmayılov deyib ki, ölkədə böyük problem olan çıxarışsız evlər məsələsinə də diqqət yetirilməlidir:

“Hazırda yüz minlərlə evin “kupça”sı yoxdur. Banklar üçün bu, risk yaratsa da, müəyyən addımların atılması mümkündür. Əgər evin təsdiqləyici sənədləri mövcuddursa, həmin mənzillərə də ipoteka kreditlərinin verilməsi mexanizmi işlənə bilər. Bu yanaşma minlərlə mənzilin ipoteka bazarına daxil olmasına imkan verər”.

Son olaraq iqtisadçı alim vurğulayıb ki, Azərbaycanda mənzil probleminin əsas səbəbi vətəndaşların gəlir səviyyəsinin aşağı olmasıdır:

“Gəlirlərin artırılması, ipoteka şərtlərinin yumşaldılması və sosial evlər layihəsinin genişləndirilməsi ilə insanların ev sahibi olmaq imkanları daha da yaxşılaşa bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri